Xəbərlər

Heydər Əliyevin anım günü ilə bağlı Ədliyyə Akademiyasında tədbir keçirilib.

2022-12-12


Müstəqil dövlətimizin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, ölkəmizin hərtərəfli tərəqqisində misilsiz xidmətləri xalqımız tərəfindən daim uca tutulur, əziz xatirəsi dərin ehtiramla anılır. Ulu Öndərin vəfatının ildönümü ilə bağlı Ədliyyə Nazirliyində keçirilən anım mərasimləri çərçivəsində Ədliyyə Akademiyasında da tədbir keçirilib.

Tədbirdə ümumilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, Ulu Öndərin fəaliyyətini əks etdirən qısa video təqdimat nümayiş etdirilib. Tədbirdə  Ədliyyə Akademiyasının əməkdaşlarının məruzələri dinlənilib. Məruzələrdə Ulu Öndərin siyasi irsinin tarixi inkişaf yoluna, məhkəmə-hüquq və ədliyyə sahəsində  islahatlarına, Dağlıq Qarabağ münaqişəsinin həlli yolundakı səylərinə toxunularaq bütün bunların bu gün də  onun siyasi  varisi,  ölkə Prezidenti Ali Baş Komandan İlham Əliyev tərəfindən onun uzaqgörən və müstəqil siyasəti ilə uğurla davam etdirildiyi qeyd olunub.

Eyni zamanda əməkdaşlar öz məruzələrində Ulu Öndərin elm və təhsil sahəsində apardığı islahatlardan da bəhs edərək, onun tərəfindən müəllim adının daim uca və müqəddəs  tutulduğu qeyd edilib.

 

Tədbirdə Ədliyyə Akademiyasındakı tədris kurslarının iştirakçıları və Akademiyanın əməkdaşları iştirak ediblər.