Xəbərlər

ƏDLİYYƏ NAZİRLİYİNİN ƏDLİYYƏ AKADEMİYASINDA HÜQUQŞÜNASLAR ÜÇÜN “AZƏRBAYCAN RESPUBLİKASINDA MÜQAVİLƏ HÜQUQUNUN PROBLEMLƏRİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR

2015-03-04

Ədliyyə Akademiyasında 3-4 mart 2015-ci il tarixində “Azərbaycan Respublikasında müqavilə hüququnun problemləri” mövzusunda seminar keçirilmişdir.

 

Seminarın açılışını Ədliyyə Akademiyasının rektor vəzifəsini icra edən cənab Elçin Xələfov, Kil Universitetinin Şərqi Avropa hüququ İnstitunun Direktoru Aleksandr Trunk və Ədliyyə Akademiyası vəkillərin ixtisasartırma fakültəsinin dekan vəzifəsini müvəqqəti icra edən Anar  Bağırov çıxış etmişlər.

 

Seminarda vəkillər və müxtəlif firmaların hüquqşünasları iştirak etmişlər.

 

Seminarda Kil Universitetinin (Almaniya) əməkdaşı, KEEL-Avrasiya İqtisadi Hüququ Mərkəzinin koordinatoru Azər Əliyev, Kil Universitetinin Şərqi Avropa Dövlətlərinin hüquq İnstitutunun Direktoru Professor Aleksandr Trunk, BDU-nun Mülki proses və kommersiya hüququ kafedrasının müəllimi, “Omni” hüquq şirkətinin hüquqşünası h.e.f.d. Ruslan Mirzəyev, UCİTRAL təmsilçisi Luca Castelliani, Ekvita LLC şirkətinin partnyoru İlqar Mehti və Bakı Hüquq Mərkəzinin hüquqsünası Dünyamin Novruzovun mühazirələri dinlənilmişdir.

 

Seminar müzakirə şəraitində keçirilmişdir.