Xəbərlər

“İNZIBATİ PROSESDƏ HAKİMLƏRİN İŞ METODİKASININ SƏMƏRƏLİLİYİNİN ARTIRILMASI” MÖVZUSUNDA HAKİMLƏR ÜÇÜN TƏLİMÇİLƏRİN TƏLİMİ KEÇİRİLMİŞDİR

2016-07-02

Cari ilin 1-2 iyul tarixlərində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə Ədliyyə Akademiyasında “İnzibati prosesdə hakimlərin iş metodikasının səmərəliliyinin artırılması”mövzusunda təlimçilərin təlimi təşkil edilmişdir.

 

 

Təlimin açılışında GİZ-in “Cənubi Qafqazda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” regional proqramının Azərbaycandakı rəhbəri Thomas Herrmann və təqaüddə olan hakim, Manhaym2-ci instansiya inzibati məhkəməsində tərkib sədri Dr. Peter Yakob çıxış ediblər.

 

 

Təlimdə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimləri Xəqani Məmmədovun, İlqarHüseynovun,Sevda Hüseynovanın,Bakı Apellyasiya Məhkəməsinin hakimi Vidadi Məmmədovun, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimiXəyaləCəmilovanın, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Rəfael Eyvazovuntəqdimatları dinlənilmişdir.

 

 

Ali Məhkəmənin və Bakı Apellyasiya Məhkəməsinin hakimləri olmaqla 8 hakimin iştirak etdiyi təlimdəinzibati prosesdə hakimlərin iş metodikasının səmərəliliyinin artırılması ilə bağlı məsələ ətrafında müzakirələraparılmışdır.