Xəbərlər

Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması ilə bağlı Sərəncamı uğurla icra olunub

2021-03-19

Martın 19-da Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamını uğurla icra edib. AZƏRTAC xəbər verir ki, Sərəncamın icrası Milli Məclisin deputatlarının, Ombudsman Aparatının, Ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki 1, 2, 4, 6, 7, 9, 10, 11, 15, 16, 17 saylı və digər cəzaçəkmə müəssisələrində həyata keçirilib.

 

Ədliyyə və məhkəmə islahatlarının sahibkarların hüquqlarının etibarlı müdafiəsində roluna dair videokonfrans keçirilib

2021-03-17

 Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılmasına, ədalət mühakiməsinin əlçatanlığına və vətəndaşların hüquqlarının etibarlı müdafiəsinə xidmət edən mütərəqqi məhkəmə-hüquq islahatları həyata keçirilir.Dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sistemin inkişafında yeni mərhələnin başlanğıcı olmaqla onun icrası üzrə ötən dövrdə kompleks tədbirlər görülüb.AZƏRTAC xəbər verir ki, bu istiqamətdə görülən tədbirlər çərçivəsində martın 17-da Ədliyyə Nazirliyinin və “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Ədliyyə və məhkəmə islahatları sahibkarların hüquqlarının etibarlı müdafiəsinə təminat verir” mövzusunda videokonfrans təşkil olunub.

 

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıq davam etdirilir

2021-03-16

 Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan üzrə ölkə direktoru xanım Karin Hoerhan ilə görüş keçirilib.Görüşdə "Cənubi Qafqazda Yaxşı İdarəetmə" Proqramı çərçivəsində yerli özünüidarəetmə sahəsində GİZ ilə səmərəli əməkdaşlığın əhəmiyyəti qeyd olunub, bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, bələdiyyə nümayəndələrinin maarifləndirilməsi üzrə görülən işlərdən danışılıb, həyata keçirilən tədbirlərdə GİZ-in iştirakı vurğulanıb.Həmçinin, bələdiyyələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin vacibliyi bildirilərək bələdiyyələrlə iş portalının yaradılması, bələdiyyələrin internet informasiya resurslarından istifadəsinin genişləndirilməsi ilə bağlı görülən işlər qeyd edilib.

 

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, o cümlədən elektron ədliyyə xidmətlərinin sayının artırılması, bu xidmətlərdə yeni in

2021-03-16

 Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, o cümlədən elektron ədliyyə xidmətlərinin sayının artırılması, bu xidmətlərdə yeni innovativ metodların və onların mobil versiyalarının tətbiqi üzrə ardıcıl tədbirlər həyata keçirilir.Son illər "Notariat haqqında" Qanuna mütərəqqi dəyişikliklərin edilməsi informasiya-kommunikasiya texnologiyaları vasitəsilə elektron qaydada notariat xidmətlərinin göstərilməsinə geniş imkanlar yaradıb.

 

Şəhid ədliyyə işçisinin xatirəsi anılıb

2021-03-13

 Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi iştirakçılarına hərtərəfli dövlət qayğısı göstərilir, şəhid ailələrinin və yaralı hərbçilərimizin sosial müdafiəsinin və rifahının yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlər görülür.Bu tədbirlər çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən Vətən müharibəsində iştirak etmiş ədliyyə işçilərinin qayğıları daim diqqətdə saxlanılır, zəruri köməklik göstərilir.