Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASI BEYNƏLXALQ MALİYYƏ KORPORASİYASI İLƏ BİRGƏ HAKİMLƏR ÜÇÜN TƏLİM KEÇİRİB

2019-05-17

Ölkəmizdə sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması çərçivəsində orta və kiçik sahibkarların maliyyə çıxışının asanlaşdırılması, daşınar və daşınmaz əmlakın gəlir gətirməsi və girov kimi istifadə edilməsi imkanlarının təhlili, bankların gəlir gətirmə prosesində iştirak edən daşınar əmlaka girov kimi etibarın yüksəldilməsi istiqamətində konkret tədbirlər görülür, qanunvericilik təkmilləşdirilir. Bu məqsədilə "Daşınar əmlakın yüklülüyü haqqında" 02.05.2017-ci il tarixli Qanun qəbul edilib, 2018-ci ilin mart ayından daşınar əmlakın yüklülüyü haqqında dövlət reyestri fəaliyyətə başlayıb.

 

BEYNƏLXALQ MİQRASİYA TƏŞKİLATI AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ ÜÇÜN LİTVAYA TANIŞLIQ SƏFƏRİ TƏŞKİL EDİB

2019-05-16

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin və BMqT-nin regional ofisinin dəstəyi ilə Azərbaycanın 11 nəfərlik nümayəndə heyətinin Litva Respublikasına dördgünlük tanışlıq səfəri təşkil edilib.

Mayın 13-16-da reallaşdırılmış səfər Avropa İttifaqı və BMqT-nin İnkişaf Fondu tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialın gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilib.

Səfərin əsas məqsədi Ədliyyə Akademiyasının, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin təmsilçiləri, həmçinin apellyasiya və rayon məhkəmələrinin hakimləri, Baş Prokurorluğun və Vəkillər Kollegiyasının əməkdaşlarından ibarət nümayəndə heyətini insan alverinə qarşı mübarizədə hüquqi qərarların verilməsi, insan alveri qurbanlarının müdafiəsi sahəsində beynəlxalq və Avropa standartlarının tətbiqi, qanunvericiliyin təhlili və Litvada insan alveri ilə bağlı cinayətlərin təqibi halları ilə, insan alveri sahəsində prosedur və qaydalarla tanış etməkdir. 

 

ƏDLİYYƏ AKADEMİYASININ NÜMAYƏNDƏSİ BERLİNDƏ “YAXŞI İDARƏETMƏYƏ DAİR PROQRAM”DA İŞTİRAK EDİB

2019-05-14

 Bu günlərdə Federativ Respublikasının Berlin şəhərində yerləşən Karl Fridrix Gördeler Kollecində “Yaxşı idarəetməyə dair proqram” təşkil olunub.

Türkiyə, Rusiya, Moldova, Gürcüstan, Ermənistan, Ukrayna və Belarusun aidiyyəti dövlət və qeyri-dövlət sektoru təmsilçilərinin qatıldığı tədbirdə Azərbaycan Prezident Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının nümayəndələri iştirak ediblər.

 

ƏDLİYYƏ AKADEMİYASINDA VƏKİLLİYƏ NAMİZƏDLƏRİN İCBARİ TƏLİMİ DAVAM EDİR

2019-05-10

Ədliyyə Akademiyasında yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 87   vəkilliyə namizədin icbari təlimi davam edir. Təlimdə namizədlərin lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetirilərək, insan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərlə bağlı müxtəlif nəzəri və praktiki mövzular tədris olunur. 

 

ƏDLIYYƏ AKADEMIYASINDA ÜMUMMILLI LIDER HEYDƏR ƏLIYEVIN DOĞUM GÜNÜ MÜNASIBƏTILƏ TƏDBIR KEÇIRILIB

2019-05-08

Müasir Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında tədbir keçirilib.

Akademiyada keçirilən tədbirdə ölkəmizin görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin ömrünün və titanik fəaliyyətinin indiki və gələcək nəsillərə nümunə olduğunu bildirilib, Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlətin müasir tarixini yaradan ümummilli liderin siyasi uzaqgörənliyi, müdrikliyi, milli dövlətçiliyimizin qorunub saxlanılmasında və dövlət quruculuğundakı əvəzedilməz rolu barədə ətraflı danışılıb, dahi öndərin müəyyənləşdirdiyi inkişaf kursunun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin yüksək nailiyyətlər əldə etdiyi vurğulanıb.