Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA VƏKİLLƏR ÜÇÜN “VƏKİLLƏRİN HÜQUQİ YAZI BACARIQLARININ TƏKMİLLƏŞDİRİLMƏSİ MƏSƏLƏLƏRİ” MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB

2019-04-26

 26 aprel tarixində Ədliyyə Akademiyasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün “Vəkillərin hüquqi yazı bacarıqlarının təkimilləşdirilməsi məsələləri” mövzusunda təlim keçirilib.

Ümumilikdə 26 nəfər vəkilin iştirak etdiyi təlimdə “Ayrı-ayrı sənəd növləri: tərtibatı və icra olunması”, “Vətəndaşların dövlət orqanlarına müraciətlərinin hüquqi tənzimlənməsi məsələləri”, “Hüquqi yazı texnikası” və “İddia ərizələrinin tərtibinin təcrübi məsələləri” mövzularında mühazirələr dinləyicilərin diqqətinə çatdırılıb.

 

BƏLƏDİYYƏLƏR ÜÇÜN HÜQUQİ MAARİFLƏNDİRİLMƏ KURSLARI KEÇİRİLİB

2019-04-25

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Bələdiyyələrlə iş mərkəzi tərəfindən 18 aprel tarixində Bərdə rayonunda, 25 aprel tarixində Masallı rayonunda  bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə tədris kursu təşkil edilib.

Ümumilikdə 83 nəfər dinləyicinin iştirakı ilə həyata ixtisasartırma kurslarında “Bələdiyyə mülkiyyəti, əmlak təminatı və mülkiyyət toxunulmazlığı. Bələdiyyə mülkiyyətinə dair Avropa Şurasının sənədləri”, “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı”, “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi və bələdiyyə media münasibətlərinin hüquqi tənzimlənməsı”, “Bələdiyyələrdə arxiv işinin təşkili”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi, bələdiyyə torpaqlarının qiymətləndirilməsi”  mövzuları üzrə mühazirələr dinləyicilərin diqqətinə çatdırılıb. 

 

AVROPA ŞURASI VƏ ƏDLIYYƏ AKADEMIYASININ BIRGƏ TƏŞKILATÇILIĞI HAKIMLƏR ÜÇÜN IXTISASARTIRMA KURSU KEÇIRILIB

2019-04-19

19 aprel tarixində Avropa Şurası və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə “Azərbaycanda ədliyyə islahatlarına dair təşəbbüslərə dəstək” layihəsi çərçivəsində “Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi (İşgəncələrin qadağan olunması)” mövzusunda təlim keçirilib.

27 nəfər birinci instansiya və apellyasiya  məhkəmələrinn hakimlərinin iştirak etdiyi təlimdə Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin təqdimatları dinlənilib. 

 

BEYNƏLXALQ MIQRASIYA TƏŞKILATI TƏRƏFINDƏN AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTI ÜÇÜN AVSTRIYAYA TƏLIM SƏFƏRI TƏŞKIL EDILIB

2019-04-19

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin və BMqT-nin regional ofisinin dəstəyi ilə cari ilin 14-19 aprel tarixlərində inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi məqsədilə Ədliyyə Akademiyasının nümayəndələri, regional apellyasiya məhkəmələrinin hakimləri, Baş Prokurorluğun əməkdaşları, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə üzrə Baş İdarəsinin təmsilçiləri və Vəkillər Kollegiyasının üzvündən ibarət Azərbaycanın nümayəndə heyəti üçün Avstriyanın paytaxtı Vyana şəhərinə tanışlıq səfəri təşkil edilib. 

 

ƏDLİYYƏ AKADEMİYASI İLƏ MOLDOVA MİLLİ ƏDLİYYƏ İNSTİTUTU ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA MEMORANDUM İMZALANIB

2019-04-04

2019-ci ilin 3-4 aprel tarixlərində Bakıda keçirilən beynəlxalq seminar çərçivəsində ölkəmizdə səfərdə olan Moldova Milli Ədliyyə İnstitutunun direktoru xanım Diana Skobioala və İnstitutun Beynəlxalq əlaqələr bölməsinin rəhbəri xanım Valentina Kontesku Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında olublar.

Səfər proqramına əsasən Ədliyyə Akademiyasında “Moldova Milli Ədliyyə İnstitutu ilə Ədliyyə Akademiyası arasında əməkdaşlıq” haqqında Memorandum imzalanmışdır. Memorandum, hakimlər və prokurorlar, hakim və prokuror vəzifələrinə namizədlər və ədliyyə sektorunda işləyən digər kateqoriya şəxslər üçün yüksək keyfiyyətli tədrisin təşviqi, tərəflərin ən yüksək standartlara uyğun olaraq məhkəmə tədrisinin təmin edilməsi üzrə potensialın artırılması məqsədlərinə əsaslanıb.