Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2019-05-08

8 may tarixində Ədliyyə Akademiyasında hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyası və Əlillərin hüquqları haqqında Konvensiyamövzusunda ixtisasartırma kursu keçirilib.

Ümumilikdə 37 hakimin iştirak etdiyi tədris kursunda Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin və BDU-nun Əmək və ekologiya hüququ kafedrasının professorunun mühazirələri dinlənilib. 

 

ƏDLİYYƏ AKADEMİYASININ ƏMƏKDAŞLARI AŞ-NIN 70 İLLİYİ İLƏ BAĞLI AÇIQ GÜNDƏ İŞTİRAK EDİBLƏR

2019-05-05

Mayın 5-də Avropa Şurasının (AŞ) 70 illiyi münasibətilə təşkilatın Bakı Ofisində Açıq Gün keçirilib. Ədliyyə Akademiyasının 5 nəfər əməkdaşı və Akademiyada Penitensiar xidmətin orta rəis heyətinə qulluğa qəbul edilən namizədlər üçün keçirilən icbari təlimin 5 nəfər nümayəndəsi həmin tədbirdə iştirak ediblər.

Tədbirdə ilk olaraq Təşkilatın Bakı Ofisinin rəhbəri səfir Zoltan Hernyes Avropa Şurasının 70 illiyi haqda danışıb, daha sonra çirkli pulların yuyulması və ədliyyə sahəsində islahatlarla bağlı həyata keçirilən layihələr barədə layihə rəhbərləri iştirakçılara məlumat veriblər. Həmçinin Təşkilat tezliklə gender bərabərliyi və media azadlığı mövzularında layihəyə başlayacaqlarını bildiriblər.

 

BEYNƏLXALQ QIZIL XAÇ KOMİTƏSİ VƏ ƏDLİYYƏ AKADEMİYASININ BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ HAKİMLƏR VƏ PROKURORLAR ÜÇÜN TƏLİM KEÇİRİLİBD

2019-05-03

2-3 may tarixlərində Beynəlxalq Qızıl Xaç Komitəsi və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə “Ayrı-ayrı kateqoriyalara aid cinayətlərə baxılmasının xüsusiyyətləri: Terrorizm cinayətləri beynəlxalq hüquq müstəvisində” mövzusunda hakimlər və prokurorlar üçün təlim keçirilib.

Təlimdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin başçısı Elena A. Sessera açılış nitqi ilə çıxış edib. 

 

ƏDLIYYƏ AKADEMIYASINDA ICRA MƏMURLARI ÜÇÜN TƏLIM KEÇIRILIB

2019-04-30

Ədliyyə Akademiyası və İcra baş idarəsinin  birgə  təşkilatçılığı ilə 30 aprel tarixində tarixdə icra məmurları üçün “Alimentin tutulması, uşaqla ünsiyyətdə olma və uşağın alınıb-verilməsi tələblərinə dair məhkəmə qərarlarının icrası işinin  təkmilləşdirilməsi” mövzusunda təlim keşirilib.

 

Tədris proqramına uyğun olaraq həyata keçirilən təlim zamanı  “Uşağın alınıb-verilməsi və uşaqla ünsiyyət tələbinə dair icra sənədlərinin icrası zamanı uşağın mənafeyinə zərər vurmadan icranın təmin ounması”, “Alimentin tutulması, uşaqla ünsiyyətdə olma və uşağın alınıb-verilməsi tələblərinə dair məhkəmə qərarlarının icrası zamanı icra məmurları tərəfindən yol verilən xarakterik nöqsanlar və onların aradan qaldırılması üzrə görülən tədbirlər”, “Alimentin tutulmasına dair icra sənədlərinin icrası qaydası” mövzuları üzrə mühazirələr dinləyicilərin diqqətinə çatdırılıb. Tədbirdə 25 nəfər icra məmuru iştirak edib.

 

ƏDLIYYƏ AKADEMIYASINDA MƏHKƏMƏ APARATI IŞÇILƏRI IXTISASARTIRMA KURSLARI KEÇIRILIB

2019-04-26

Ədliyyə Akademiyasında 18 və 26 aprel tarixlərində məhkəmə aparatı işçiləri üçün “Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş tədbirlər” mövzusunda təlim keçirilib.

Ümumilikdə 57 nəfər məhkəmə aparatı işçisinin iştirak etdiyi təlimdə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli Qanunu”, “Elektron məhkəmə informasiya sistemindən məhkəmələrdə səmərəli istifadə məsələləri”, “Məhkəmə aparatı işçilərinin məhkəmələrin idarə edilməsində rolu və onlar üçün nəzərdə tutulmuş davranış prinsipləri”  mövzuları üzrə mühazirələr dinləyicilərin diqqətinə çatdırılıb.