Xəbərlər

İşğaldan azad olunmuş torpaqların sakinləri Ali Baş Komandana minnətdardırlar

2020-10-29

 Ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyində daim diqqətdə saxlanılaraq Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən karantin rejimi şəraitində müxtəlif bölgələrin vətəndaşlarının videoformatda qəbulu keçirilib.

 

Ədliyyə Nazirliyi nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb

2020-10-28

 BMT-nin dəstəyi ilə yaradılmış və dünyanın 140 dövlətini birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) vitse-prezidenti kimi Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov təşkilatın üzvlərinin işğalçı Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təxribatları və müharibə cinayətləri barədə məlumatlandırılması məqsədilə Assosiasiyanın prezidenti, Qətərin Baş prokuroru Dr. Ali Al Marriyə müraciət ünvanlayıb.

 

Ədliyyə naziri Türkiyənin Baş Ombudsmanı ilə görüşüb

2020-10-23

 Oktyabrın 23-də Ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Tarixən qədim köklərə malik iki dost və qardaş Azərbaycan-Türkiyə əlaqələrinin ən yüksək səviyyədə olduğunu qeyd edən nazir müttəfiq münasibətlərimizin möhkəmlənməsində Prezident cənab İlham Əliyevin və Prezident cənab Rəcəb Tayyib Ərdoğanın müstəsna xidmətlərini vurğulayıb.

 

Dünya prokurorlarına müraciət ünvanlanıb

2020-10-21

 Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü kimi Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov həmin təşkilatın Prezidentinə, Baş Katibinə, senatorlarına və İcraiyyə Komitəsinin üzvlərinə müraciət ünvanlayıb.Müraciətdə cinayətkarlıqda mübarizədə ön sıralarda dayanan və dünya prokurorlarını birləşdirən yeganə təşkilat olan Beynəlxalq Prokurorlar Assosiasiyasına Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təxribatları və müharibə cinayətləri barədə məlumat verilib.

 

 

Ədliyyə naziri Almaniyanın ölkəmizdəki səfirini Ermənistanın müharibə cinayətləri barədə məlumatlandırıb

2020-10-19

 Oktyabrın 19-da Ədliyyə naziri Fikrət Məmmədov Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Volfqanq Maniqi onun xahişi ilə qəbul edib.Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafını qeyd edən nazir ölkələrimizin Ədliyyə nazirliklərinin səmərəli qarşılıqlı fəaliyyətini, o cümlədən hüquqi sahədə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) və Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu (İRZ) ilə sıx əlaqələri vurğulayıb.Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və beynəlxalq aləmdə təqdir olunan məhkəmə-hüquq islahatlarından danışıb, bu sahədə alman ekspertlərinin iştirakını qeyd edib.Görüşdə səfir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, xüsusilə son vaxtlar dinc əhaliyə qarşı törətdiyi müharibə cinayətləri barədə məlumatlandırılıb.