Xəbərlər

Ədliyyə Nazirliyi tərəfindən “CEPEJ və məhkəmə-hüquq islahatları: Azərbaycanın nailiyyətləri” mövzusunda onlayn brifinq keçirilib

2021-01-25

 Yanvarın 25-də Ədliyyə Nazirliyi tərəfindən “CEPEJ və məhkəmə-hüquq islahatları: Azərbaycanın nailiyyətləri” mövzusunda onlayn brifinq təşkil olunub.AZƏRTAC xəbər verir ki, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində xalqımızın Böyük Qələbəsi ilə yadda qalan 2020-ci ildə Azərbaycanın digər sahələrdə də uğurlar qazandığını vurğulayıb.

 

Ölkə Prezidentinin tapşırıqlarının icrası ədliyyə orqanlarının diqqət mərkəzindədir

2021-01-15

 Yanvarın 15-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin videkonfrans formatında geniş kollegiya iclası keçirilib. İclasda dövlət başçısının 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə verdiyi tapşırıqlardan irəli gələn ədliyyə orqanlarının vəzifələri müzakirə olunub.Çıxış edən nazir 2020-ci ilin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və yenilməz sərkərdəliyi ilə xalqımızın Qarabağın azadlığı uğrunda apardığı Vətən müharibəsində Qələbəsi - Zəfər ili kimi yadda qaldığını vurğulayıb.

 

Koordinasiya Şurasının ilk iclası keçirilib

2020-12-25

 Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sisteminin Milli Risk Qiymətləndirilməsinin (MRQ) həyata keçirilməsi, Avropa Şurasının müvafiq ekspert Komitəsi (MONEYVAL) tərəfindən aparılacaq 5-ci raund qiymətləndirilməsinə hazırlığın təmin edilməsi və digər məsələlərin müzakirəsi məqsədilə Koordinasiya Şurasının ilk iclası keçirilib.Azərbaycan Respublikası Baş nazirinin müavini, Koordinasiya Şurasının sədri Əli Əhmədov Azərbaycanda açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsinin, maliyyə şəffaflığının yüksəldilməsinin, vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsinin və ictimai nəzarətin gücləndirilməsinin, habelə açıq hökumətin təşviqi ilə bağlı tədbirlər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Fərmanı ilə təsdiq edilən “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın qəbul edildiyini deyib. 

 

Qədirbilən xalqımız Prezidenti ilə qürur duyur

2020-12-24

 Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Vətənimizin azadlığı, respublikamızın tərəqqisi və əhalinin rifahı naminə müstəqil, uzaqgörən və müdrik siyasəti qədirbilən xalqımız tərəfindən daim dəstəklənir. Milyonlarla insanın ürəyində dərin sevgi və rəğbət qazanan ölkə başçısı hər bir vətəndaşın prezidenti olduğunu sübut etməklə dövlətə və vətənə sədaqətlə xidmət nümunəsi göstərir.

 

Cinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlıq səmərə verir

2020-12-22

 Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabitliyin, qanunçuluğun və təhlükəsizliyin təmin olunması, xüsusilə cinayətkarlığın qarşısının alınması üzrə önəmli tədbirlər görülür, mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə, Azərbaycan dünyada qabaqcıl dövlətlərdəndir və bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir.