Xəbərlər

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıq davam etdirilir

2021-03-16

 Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan üzrə ölkə direktoru xanım Karin Hoerhan ilə görüş keçirilib.Görüşdə "Cənubi Qafqazda Yaxşı İdarəetmə" Proqramı çərçivəsində yerli özünüidarəetmə sahəsində GİZ ilə səmərəli əməkdaşlığın əhəmiyyəti qeyd olunub, bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, bələdiyyə nümayəndələrinin maarifləndirilməsi üzrə görülən işlərdən danışılıb, həyata keçirilən tədbirlərdə GİZ-in iştirakı vurğulanıb.Həmçinin, bələdiyyələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin vacibliyi bildirilərək bələdiyyələrlə iş portalının yaradılması, bələdiyyələrin internet informasiya resurslarından istifadəsinin genişləndirilməsi ilə bağlı görülən işlər qeyd edilib.

 

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, o cümlədən elektron ədliyyə xidmətlərinin sayının artırılması, bu xidmətlərdə yeni in

2021-03-16

 Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, o cümlədən elektron ədliyyə xidmətlərinin sayının artırılması, bu xidmətlərdə yeni innovativ metodların və onların mobil versiyalarının tətbiqi üzrə ardıcıl tədbirlər həyata keçirilir.Son illər "Notariat haqqında" Qanuna mütərəqqi dəyişikliklərin edilməsi informasiya-kommunikasiya texnologiyaları vasitəsilə elektron qaydada notariat xidmətlərinin göstərilməsinə geniş imkanlar yaradıb.

 

Şəhid ədliyyə işçisinin xatirəsi anılıb

2021-03-13

 Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi iştirakçılarına hərtərəfli dövlət qayğısı göstərilir, şəhid ailələrinin və yaralı hərbçilərimizin sosial müdafiəsinin və rifahının yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlər görülür.Bu tədbirlər çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən Vətən müharibəsində iştirak etmiş ədliyyə işçilərinin qayğıları daim diqqətdə saxlanılır, zəruri köməklik göstərilir.

 

Azərbaycan və Yaponiya ədliyyə nazirlərinin görüşü keçirilib

2021-03-10

 Yaponiyanın Kioto şəhərində keçirilən BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 14-cü Konqresində iştirak edən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Yaponiyanın ədliyyə naziri xanım Yoko Kamikava ilə görüşüb.Ölkəmizin ədliyyə naziri həmkarını cinayətkarlıqla mübarizəyə həsr olunmuş bu mötəbər forumun pandemiya şəraitində yüksək səviyyədə keçirilməsi və Konqresin prezidenti seçilməsi münasibətilə təbrik edib, habelə qlobal cinayətkarlıqla mübarizə üzrə bütün dövlətlər üçün yol xəritəsi olan və Azərbaycanın milli maraqlarını əks etdirən Kioto Bəyannaməsinin qəbul olunmasının mühüm əhəmiyyətini qeyd edib.Azərbaycan ədliyyə nazirinin Konqresdə bilavasitə iştirakını yüksək qiymətləndirən Y.Kamikava iki ölkə arasında dostluq əlaqələrinin olduğunu, 30 il ərzində əməkdaşlıq münasibətlərinin uğurlu inkişafını qeyd edib, hüquqi sahədə qarşılıqlı fəaliyyətin genişləndirilməsində maraqlı olduğunu söyləyib.

 

Milli Məclisin iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib

2021-03-09

 Milli Məclisin martın 9-da keçirilən iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib.AZƏRTAC xəbər verir ki, bələdiyyələrlə bağlı hesabatı ədliyyə nazirinin müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Vilayət Zahirov təqdim edib.Nazir müavini bildirib ki, Vətən müharibəsi dövründə Ədliyyə Nazirliyi tərəfindən məqsədyönlü işlər aparılıb, ədliyyə və məhkəmə işçiləri, bələdiyyə nümayəndələri döyüşlərdə fədakarlıqla iştirak ediblər. Xarici dövlətlərin ədliyyə nazirlərinə, dünya prokurorlarına və nüfuzlu beynəlxalq təşkilatlara Ermənistanın işğalçılığı, müharibə və insanlıq əleyhinə cinayətləri barədə real həqiqətlərlə bağlı müraciətlər ünvanlanıb.