Xəbərlər

Ədliyyə naziri İranın ölkəmizdəki səfirini Ermənistanın müharibə cinayətləri barədə məlumatlandırıb

2020-10-15

 Oktyabrın 15-də Ədliyyə naziri Fikrət Məmmədov İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvini onun xahişi ilə qəbul edib.Görüşdə Azərbaycan və İran arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin inkişafı, bu əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Prezident Həsən Ruhaninin xüsusi rolu, dövlət başçılarının müntəzəm qarşılıqlı səfərləri vurğulanıb, zəngin müqavilə bazasına söykənən əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, hüquqi sahədə uğurla inkişaf etməsi qeyd olunub

 

Ədliyyə naziri xarici həmkarlarına müraciət ünvanlayıb

2020-10-07

 Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatı ilə bağlı xarici ölkələrin Ədliyyə nazirlərinə rəsmi müraciət ünvanlayıb.Müraciətdə 30 ildən artıq davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin milyondan çox insanın taleyinə ciddi təsir göstərmiş faciəvi nəticələri qeyd olunub

 

ÜST və Ədliyyə Nazirliyi vərəmlə mübarizəyə dair birgə qlobal vebinar keçirib

2020-10-06

 Ümumbəşəri sosial bəla olan vərəm xəstəliyinə qarşı mübarizə bütün dünyanı narahat edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təhlillərinə görə, hər il dünyada vərəmdən 1 milyon 700 min insan vəfat edir, həbsxanalarda isə vərəmin yayılma riski 100 dəfə daha yüksəkdir. Vərəmə qarşı ÜST tərəfindən tövsiyə edilən strategiyalar bu xəstəliyi aşkar və müalicə etməyə, yoluxmanın azaldılmasına xidmət edir. 

 

 

Türkiyənin Ədliyyə naziri Fikrət Məmmədova zəng edib

2020-10-01

 Sentyabrın 30-da Türkiyə Respublikasının Ədliyyə naziri Abdulhamit Gülün təşəbbüsü ilə Türkiyə və Azərbaycan ədliyyə nazirləri arasında telefon danışığı olub.Danışıq zamanı A.Gül dost və qardaş Azərbaycana qarşı Ermənistanın törətdiyi hərbi təxribatı qınadığını, bu təxribatlar qarşısında Türkiyənin ölkəmizin və xalqımızın haqq davasında yanında olduğunu, Azərbaycanın beynəlxalq hüquqdan qaynaqlanan haqlarının hər platformada yorulmaz dəstəkçisi və müdafiəçisi olduğunu vurğulayıb.

 

Ədliyyə naziri vətəndaşların videoqəbulunu keçirib

2020-10-01

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların müraciətlərinə hər zaman qayğı ilə yanaşılır, karantin şəraitində videoformatda qəbul davam etdirilir.Ədliyyə naziri Fikrət Məmmədov Şəmkir və Lənkəran regional ədliyyə idarələri vasitəsilə müraciət etmiş həmin və ətraf rayonlarda yaşayan vətəndaşların videokonfrans formatında qəbulunu keçirib, ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üzrə təxirəsalınmadan zəruri tədbirlərin görülməsi üçün aidiyyəti məsul işçilərə müvafiq tapşırıqlar verilib.