Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA “KORRUPSİYAYA QARŞI MÜBARİZƏ” MÖVZUSUNDA ARDICIL İXTİSASARTIRMA KURSLARI KEÇİRİLİR.

2018-12-21

14, 19 və 21 dekabr tarixlərində  Ədliyyə Akademiyasında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda təlimlər keçirilib.

 

Penitensiar xidmətin əməkdaşları və tibb işçilərinin iştirakı ilə keçirilən təlimdə ədliyyə orqanları işçilərinin etik davranış qaydalarının tələbləri və bu qaydaların pozulmasına görə məsuliyyət, korrupsiyaya qarşı mübarizə və antikorrupsiya mədəniyyəti, korrupsiyaya qarşı mübarizə və ədliyyə işçisinin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması mövzuları işıqlandılıb.

 

 

 

 

 

BAKIDA VƏ REGİONLARDA BƏLƏDİYYƏLƏR ÜÇÜN TƏDRİS KURSLARI KEÇİRİLİR.

2018-12-20

11 və 14 dekabr tarixlərində Bakı şəhərində fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçuları üçün Ədliyyə Akademiyasında tədris kursları keçirilib.

 

18 və 20 dekabr tarixlərində  isə  Sumqayıt regional ədliyyə idarəsi ilə birgə Sumqayıt şəhərində bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının hüquqi  maarifləndirilməsi məqsədilə tədris kursları  təşkil edilib. 

 

ƏDLİYYƏ AKADEMİYASINDA «AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASININ 6-CI MADDƏSİ (ƏDALƏTLİ MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU) CİNAYƏT-HÜQUQİ ASPEKTİ » MÖVZUSUNDA HAKİMLƏR ÜÇÜN TƏLİM KEÇİRİLİB

2018-12-14

14 dekabr tarixdə “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” layihəsi çərçivəsində Avropa Şurası və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə əməkdaşlığı ilə hakimlər üçün “Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı Maddəsi  (Ədalətli məhkəmə araşdırması hüququ)” Cinayət hüquqi aspekti”  mövzusunda təlim keçirilib.

 

Təlimdə Azərbaycan Respublikası Ali və Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvünün mühazirələri dinlənilib.

 

DÜNYA BANKININ BEYNƏLXALQ MALİYYƏ KORPORASİYASI İLƏ BİRGƏ HAKİMLƏR ÜÇÜN TƏLİM KEÇİRİLİB

2018-12-13

Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyası və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə bu ilin 10-13 dekabr tarixlərində Ədliyyə Akademiyasında hakimlər üçün Daşınar əmlakın yüklülüyümövzusunda təlim keçirilib.

Tədbirin açılışında Akademiyanın rektoru vəzifəsini icra edən Elçin Xələfov, Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) Mərkəzi Asiyada və Azərb aycanda maliyyə infrastrukturunun möhkəmləndirilməsi (ACAFI) üzrə layihəsinin  Azərbaycandakı nümayəndəsi Teymur Heybətov, İsveçrə Əməkdaşlıq Təşkilatının (SCO) Cənubi Qafqaz üzrə regional direktorunun müavini Dr. Simone Haebrli və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin üzvü vəzifəsini icra edən Əfqan Baxışov çıxış etmişlər. Təlimdə Apellyasiya və birinci instansiya məhkəmələri hakimləri iştirak etmişlər.

 

ƏDLİYYƏ AKADEMİYASI İLƏ UKRAYNA HAKİMLƏRİNİN MİLLİ MƏKTƏBİ ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA MEMORANDUM İMZALANIB

2018-12-13

2018-ci ilin 10-13 dekabr tarixlərində Ukrayna Hakimlərinin Milli Məktəbinin prorektoru Nataliya Şuklina, Ukrayna Hakimlərinin Milli Məktəbinin Sınaq Mərkəzinin direktoru, Ukrayna Ali İnzibati Məhkəməsinin sabiq hakimi Valentina Emelyanova, Ukrayna Hakimlər Milli Məktəbinin Psixoloji hazırlıq  elmi-metodoloji yardım Departamentinin aparıcı elmi işçisi Andrey Maslyuk və ATƏT-in Ukraynadakı layihə koordinatorunun nümayəndəsi Nina Reşetardan ibarət nümayəndə heyətinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının fəaliyyəti ilə tanışlıq, “Ədliyyə Akademiyası ilə Ukrayna Hakimlərinin Milli Məktəbi arasında əməkdaşlıq” haqqında Memorandumun imzalanması və Azərbaycan Respublikasının məhkəmə-hüquq fəaliyyəti ilə tanışlıq üçün Bakı şəhərinə səfəri olub