Xəbərlər

BAKI VƏ ABŞERON BƏLƏDİYYƏLƏRİ ÜÇÜN ƏDLİYYƏ AKADEMİYASINDA TƏDRİS KURSLARI KEÇİRİLİB

2018-11-29

 Bakı və Abşeron ərazisində fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə cari ilin 26 və 29 noyabr tarixlərində Ədliyyə Akademiyasında tədris kursları keçirilib.

 

Bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi Ədliyyə Akademiyası tərəfindən hazırlanmış və Bələdiyyələrlə iş mərkəzi ilə razılaşdırılmış proqrama əsasən həyata keçirilmişdir. Müvafiq proqrama əsasən tədris kurslarında “İnzibati aktın forması, inzibati akta dair ümumi tələblər, inzibati aktların icra edilmə qaydası”, “Bələdiyyələrin maliyyə fəaliyyətinin hüquqi əsasları”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi, bələdiyyə torpaqlarının qiymətləndirilməsi”, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları” və “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı” mövzularında mühazirələr oxunub.

 

 

 

 

  

 

AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ RUSİYANIN CƏZALARIN İCRASI FEDERAL XİDMƏTİNİN AKADEMİYASINDA KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB

2018-11-29

28-29 noyabr 2018-ci ildə Ryazan şəhərində Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Akademiyası tərəfindən “Rusiya Federasiyasında və xaricdə cəzaların icrası sisteminin nəzəri və praktiki problemləri” mövzusunda keçirilmiş Beynəlxalq Elmi-Praktiki Konfransda Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov və Probasiya Xidmətinin rəis müavini Musa Hümbətov iştirak etmişlər.

 

PENİTENSİAR XİDMƏTİN ƏMƏKDAŞLARI ÜÇÜN TƏLİM KEÇİRİLİB

2018-11-28

Cari ilin 28 noyabr tarixində Ədliyyə Akademiyasında “Ünsiyyət psixologiyası” mövzusunda Penitensiar Xidmətin əməkdaşları üçün təlim keçirilib.

 

Tədris proqramına müvafiq olaraq təlimdə “Şəxsiyyətlərarası qarşılıqlı münasibətlər. Konfliktlər və onların həlli metodları”,”Azərbaycan ədliyyəsi:  müstəqillik dövründə”, “Vətəndaşların ədliyyə işçiləri tərəfindən qəbulu zamanı yaranan problemlər və ünsiyyət psixologiyası” mövzularında mühazirələr deyilib.

 

 

 

MƏHKƏMƏ APARATI İŞÇİLƏRİ ÜÇÜN TƏLİM KEÇİRİLİB

2018-11-27

Cari ilin 27 noyabr tarixində Şəki şəhərində yerləşən “Sheki Palace” mehmanxanasında Avropa Şurası və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə məhkəmə aparatı işçiləri üçün “Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi (Şəxsi həyata və ailə həyatına hörmət hüququ) mövzusunda təlim keçirilib.

 

Məhkəmə aparatı işçiləri üçün keçirilən təlimin proqramında “8-ci maddənin əhatə dairəsi”, “Maddənin aspektləri: Şəxsi həyat”, “Ailə həyatı, Mənzilə hörmət hüququ və Yazışma sirrinin toxunulmazlığı”, “8-ci maddənin tətbiqi ilə bağlı yoxlamanın ikinci mərhələsi”, “8-ci maddə üzrə geri çəkilmə müddəası: dövlətin mülahizəsi sərbəstliyi; pozitiv və neqativ öhdəliklər” barədə mövzular nəzərdə tutulub.

 

 

 

 

ƏDLİYYƏ AKADEMİYASINDA “KORRUPSİYAYA QARŞI MÜBARİZƏ” MÖVZUSUNDA TƏLİMLƏR KEÇİRİLİB

2018-11-21

Cari ilin 16 noyabr tarixində Məhkəmə ekspertizası mərkəzinin əməkdaşları üçün və 21 noyabr tarixində Penitensiar xidmətin əməkdaşları üçün Ədliyyə Akademiyasında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda təlimlər keçirilib.

 

Təlimlərdə müvafiq proqram üzrə “Ədliyyə orqanları işçilərinin etik davranış qaydalarının tələbləri və bu Qaydaların pozulmasına görə məsuliyyət”, “Korrupsiyaya qarşı mübarizə və antikorrupsiya mədəniyyəti”, “Korrupsiyaya qarşı mübarizə və ədliyyə işçisinin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması” mövzularında mühazirələr deyilib.