Xəbərlər

HAKİMLƏR ÜÇÜN MÜLKİ İŞLƏR ÜZRƏ MƏHKƏMƏ BAXIŞINA DAİR İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2018-09-14

14 sentyabr tarixində Ədliyyə Akademiyasında hakimlər üçün “Mülki işlər üzrə məhkəmə baxışının xüsusiyyətləri” mövzusunda ixtisasartırma kursu keçirilib.

 

25 nəfər birinci instansiya məhkəmələrinin hakiminin iştirak etdiyi tədris kursunda Ali Məhkəmənin hakimləri Əsəd Mirzəliyev, Ələsgər Əliyev və Elşanə Vəliyevanın, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Raqib Qurbanov və İsmayıl Xəlilovun mühazirələri dinlənilib.

 

 

 

HAKİMLƏR ÜÇÜN MƏNZİL MƏCƏLLƏSİNİN TƏTBİQİ İLƏ BAĞLI İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2018-09-07

7 sentyabr tarixində Ədliyyə Akademiyasında hakimlər üçün “Mənzil Məcəlləsinin tətbiqinin bəzi məsələləri” mövzusunda ixtisasartırma kursu keçirilib.

 

Təlimdə yaşayış sahəsinin təyinatının dəyişdirilməsi, onun yenidən planlaşdırılması və ya yenidən qurulması sahəsində yaranan mübahisələrə məhkəmədə baxılması xüsusiyyətləri, Mənzil-Tikinti Kooperativlərinin fəaliyyəti ilə bağlı yaranmış mənzil mübahisələrinə baxılmasının xüsusiyyətləri, sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahələrinin hüquqi rejimi, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı yaranan məhkəmə mübahisələrində Mülki Məcəllənin və Mənzil Məcəlləsinin qarşılıqlı tətbiqi kimi məsələlər hakimlərin diqqətinə çatdırılıb.

 

 

 

HÜQUQİ YARDIMLA BAĞLI ƏDLİYYƏ NAZİRLİYİ VƏ Aİ-NIN BİRGƏ SEMİNARI KEÇİRİLİB

2018-09-03

Ədliyyə Nazirliyi və Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən 3 sentyabr tarixində “Holiday İnn”  mehmanxanasında “Azərbaycan ədliyyə sisteminin inkişafına və cinayət işləri üzrə məhkəmə qərarlarını icra edən qurumların göstərdiyi xidmətlərin təkmilləşdirilməsinə dəstək” adlı layihə çərçivəsində Hüquqi yardım və hüquqi maarifləndirmə üzrə seminar keçirilib.

 

Ədliyyə Nazirliyinin və regional ədliyyə idarələrinin nümayəndələrinin, hakimlərin, vəkillərin, layihənin rəhbər heyəti və ekspertlərinin iştirakı ilə keçirilmiş tədbirin açılışında Aİ layihəsinin rəhbəri cənab Gerassimos Fourlanos və Ədliyyə Nazirliyindən cənab Vüqar Ağayev layihənin məqsədləri və müzakirə olunacaq məsələlər barədə məlumat vermiş, seminarın birinci sessiyasında layihənin köməkçi eksperti xanım Helena Papa hüquqi yardım və hüquqi maarifləndirmə üzrə beynəlxalq və Avopa standartları, habelə Avropa Məhkəməsinin bu sahədə presedent hüquqi ilə bağlı, ikinci sessiyada isə layihənin digər köməkçi eksperti cənab Viktor Gumi hüquqi yardim və maarifləndirmə sistemlərinin inkişafı üzrə mütərəqqi təcrübələr və modellər haqqında çıxışlar etmişlər.

 

 

 

Ədliyyə Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

2018-05-25

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncam imzalanaraq və bu əlamətdar hadisə münasibətilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunaraq ölkədə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilir, müstəqillik tariximizə nəzər salınır, cümhuriyyətin dövlətçilik salnaməsində yeri və rolu işıqlandırılır.

Mayın 25-də Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında "Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir" mövzusunda elmi-praktiki konfrans keçirilib.

 

 

"Heydər Əliyev və Azərbaycan ədliyyəsi" mövzusunda elmi-praktiki konfrans keçirilib

2018-05-07

 Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ədliyyə orqanlarında geniş qeyd edilir, silsilə tədbirlər həyata keçirilir.

Mayın 7-də Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Ədliyyə Akademiyasında "Heydər Əliyev və Azərbaycan ədliyyəsi" mövzusunda geniş elmi-praktiki konfrans keçirilib.

Tədbirdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, nazirliyin rəhbərliyi və məsul işçiləri, Məhkəmə-Hüquq Şurasının üzvləri, hakimlər, prokurorlar, vəkillər, elm və tədris müəssisələrinin nümayəndələri, alimlər, gənc hüquqşünaslar, vətəndaş cəmiyyətinin və media təmsilçiləri iştirak ediblər.