Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA MƏHKƏMƏ APARATI İŞÇİLƏRİ ÜÇÜN “DÖVLƏT QULLUĞU HAQQINDA QANUNUN TƏTBİQİNİN BƏZİ MƏSƏLƏLƏRİ” MÖVZUSUNDA İXTSASARTIRMA KURSU KEÇİRİLMİŞDİR

2017-11-15

Cari ilin 15 noyabr tarixində məhkəmə aparatı işçiləri üçün Ədliyyə Akademiyasında “Dövlət qulluğu haqqında qanunun tətbiqinin bəzi məsələləri” mövzusunda ixtisasartırma kursu təşkil edilmişdir.

 

İxtisasartırma kursunda  Bakı şəhərinin rayon məhkəmələrindən 22 nəfər məhkəmə aparatı işçisi iştirak etmişdir

 

HAKİMLƏRİN İXTİSASARTIRMA KURSU

2017-10-27

Oktyabrın 27-də Ədliyyə Akademiyasında 30 hakimin iştirakı ilə “Mülki qanunvericiliyin tətbiqinin aktual məsələləri” mövzusunda ixtisasartırma kursu keçirilmişdir.

 

“AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASI” ÜZRƏ TƏLİMÇİLƏR ÜÇÜN İKİ GÜNLÜK SEMİNAR TƏŞKİL OLUNMUŞDUR

2017-10-27

26-27 oktyabr tarixlərində Ədliyyə Akademiyası və Avropa Şurası “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi” adlı Layihə çərçivəsində təlimçilər üçün pedaqoji bacarıqlarının artırılması məqsədilə “Hyatt Regency” mehmanxanasında iki günlük seminar keçirilmişdir.

 

Seminarda iştirakçılara silsilə təlimlərin keçirilmə təcrübəsinə dair ümumi məlumat verilmiş, treninq metodologiyası sahəsində yeni bacarıqlar, auditoriyada dinləyicilərin ehtiyaclarının öyrənilməsinə barədə yeni biliklər nümayiş etdirilmişdir.

 

 

PENİTENSİAR XİDMƏTİN ƏMƏKDAŞLARI ÜÇÜN TƏLİMLƏR KEÇİRİLİB

2017-10-23

Penitensiar  xidmətin əməkdaşları üçün cari ilin  5, 12 və 23  oktyabr tarixlərində Ədliyyə Akademiyasında “Probasiya xidməti və cəza siyasətinin humanistləşdirilməsinin əsas vəzifələri” mövzusunda və  5-6, 12-13 və 19-20 oktyabr tarixlərində isə Qeydiyyat və Notariat baş idarəsində “İKT-nin müasir imkanları və ədliyyə orqanlarında tətbiqi məsələləri” mövzusunda təlimlər keçirilib.

 

 

HAKİMLƏR ÜÇÜN TƏLİM

2017-10-20

Cari ilin 19-20 oktyabr tarixlərində 18 hakimin iştirakı ilə  “Winter Park Hotel” mehmanxanasında “Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi (Şəxsi həyata və ailə həyatına hörmət hüququ)” mövzusunda təlim keçirilib.

 

Təlimdə Bakı Apellyasiya Məhkəməsinin hakimi Rafael Eyvazov, Bakı Dövlət Universitetinin müəllimi Zaur Əzimov və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şəfa Camalzadənin təqdimatları dinlənilib.