Xəbərlər

AZƏRBAYCAN HÜQUQ MÜDAFİƏÇİLƏRİ ALXANLI HADİSƏLƏRİ İLƏ BAĞLI BƏYANAT YAYIB

2017-07-07

Azərbaycan hüquq müdafiəçiləri Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın dinc sakinlərinin qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb.

 

Bəyanatda 2017-ci ilin iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Füzuli rayonunun çoxsaylı mülki əhalinin yaşadığı Alxanlı kəndi məqsədyönlü şəkildə və qəsdən minaatanlardan və qumbaraatanlardan atəşə tutulması nəticəsində 1 yaş 5 aylıq uşaq Zəhra Quliyeva və onun 51 yaşlı nənəsi Sahibə Allahverdiyevanın qətlə yetirilməsi, daha bir mülki şəxs, 52 yaşlı qadın Səlminaz Quliyevanın ağır yaralanması qətiyyətlə pislənilib.

 

Hüquq müdafiəçiləri bəyan edir ki, bu vəhşilik Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz və etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Ermənistan Respublikası və onun rəhbərliyi törətdiyi bu beynəlxalq cinayətlərə görə tam məsuliyyət daşıyır.

 

HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2017-07-07

 Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilən islahatlar çərçivəsində hakimlərin tədrisinə xüsusi diqqət yetirilərək, bu sahədə Avropanın ən mütərəqqi modellərindən istifadə olunur, hakimlərlə sorğular keçirilərək onların tədrisinə ehtiyac bildikləri sahələr və mövzular öyrənilməklə tədris proqramları hazırlanır və Ədliyyə Akademiyası tərəfindən, o cümlədən beynəlxalq təşkilatlarla birgə mütəmadi tədris tədbirləri keçirilir.

 

STRASBURQDA HELP ŞƏBƏKƏSİNİN İLLİK KONFRANSI KEÇİRİLİB

2017-06-19

Avropa Şurası İnsan hüquqları və qanunun aliliyi üzrə Baş Direktorluğunun Hüquqşünaslar üçün insan hüquqlarının tədrisi üzrə Avropa Proqramı (HELP) çərçivəsində iyunun 19-20-də Strasburqda HELP şəbəkəsinin İllik Konfransı keçirilib.

 

Avropa Şurasına üzv 47 ölkədən 150-dən çox təmsilçinin iştirak etdiyi tədbirdə Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov, HELP proqramının hakimlər və vəkillər arasında təbliğatına məsul nümayəndələri iştirak ediblər.

 

HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2017-06-16

İyunun 16-da Ədliyyə Akademiyasında hakimlər üçün  "Ayrı-ayrı kateqoriyalara aid cinayətlərin xüsusiyyətləri" mövzusunda ixtisasartırma kursu keçirilib.

 

30-dək hakimin iştirak etdiyi kursda qətimkan tədbirlərinin seçilməsi xüsusiyyətləri, ayrı-ayrı cinayət işləri üzrə məhkəmə təcrübəsindən irəli gələn problemlər, korrupsiyaya qarşı mübarizədə hüquq mühafizə orqanlarının qarşılıqlı əlaqəsi mövzularında təqdimatlar dinlənilib.

 

AKADEMİYADA TİBB XİDMƏİINİN ƏMƏKDAŞLARI ÜÇÜN DƏ TƏLİM TƏŞKİLİ EDİLİB

2017-05-26

Akademiyada Tibb xidmətinin əməkdaşları üçün də təlim təşkili edilib. "Mülki  müdafiə işinin təşkili" mövzusunda keçirilmiş təlimdə 20 nəfər iştirak edib.