Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASI TƏRƏFİNDƏN HAKİMLƏR ÜÇÜN ARDICIL TƏLİMLƏR HƏYATA KEÇİRİLİR

2017-04-28

7 aprel tarixində Ədliyyə Akademiyası tərəfindən Məhkəmə ekspertiza mərkəzində birinci instansiya məhkəmələrinin hakimləri üçün “Yeni növ məhkəmə ekspertizaları və Məhkəmə ekspertizası mərkəzinin müasir texniki imkanları” mövzusunda ixtisasartırma kursu keçirilmişdir.

 

Təlimdə 13 hakim iştirak etmişdir.

 

 

ƏDLİYYƏ AKADEMİYASI VƏ ABŞ-IN AZƏRBAYCANDAKI SƏFİRLİYİNİN BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ HAKİMLƏR ÜÇÜN “ƏQLİ MÜLKİYYƏT HÜQUQLARI ÜZRƏ MƏHKƏMƏ DİALOQU” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR

2017-04-27

Cari ilin 25-27 aprel tarixlərində “Hyatt Regency”  mehmanxanasında hakimlər üçün Amerika Birləşmiş Ştatları Patent və Ticarət Markası İdarəsi tərəfindən ABŞ-ın Azərbaycandakı səfirliyinin vasitəçiliyi ilə “Əqli Mülkiyyət Hüquqları üzrə Məhkəmə Dialoqu” mövzusunda seminar keçirilmişdir.

 

Seminarın açılışında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən cənab Elçin Xələfov və ABŞ-ın Azərbaycandakı səfiri səlahiyyətlərini icra edən cənab Villiam Gill çıxış etmişdir.

 

RAYON (ŞƏHƏR) QEYDİYYAT ŞÖBƏLƏRİNİN VƏ NİKAH EVLƏRİNİN ƏMƏKDAŞLARI ÜÇÜN “KORRUPSİYAYA QARŞI MÜBARİZƏ” MÖVZUSUNDA ARDICIL TƏLİMLƏR HƏYATA KEÇİRİLİR

2017-04-24

Rayon (şəhər) qeydiyyat şöbələrinin və nikah evlərinin əməkdaşları üçün 10.04.2017 və 24.04.2017-ci il tarixlərində Qeydiyyat və notariat baş idarəsində “Korrupsiyaya qarşı mübarizə” mövzusunda təlim keçirilmişdir.

 

Təlim tədris proqramına uyğun olaraq həyata keçirilmişdir. Tədris proqramında “Korrupsiyaya qarşı mübarizə və antikorrupsiya mədəniyyəti”, “Korrupsiyaya qarşı mübarizə və ədliyyə işçisinin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması”, “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları və bu Qaydaların pozulmasına görə məsuliyyət” mövzuları üzrə 3 saat mühazirə həcmində tədris yükü nəzərə tutulmuşdur və bu tədris yükü tam yerinə yetirilmişdir.

 

ƏDLİYYƏ AKADEMİYASINDA İCRA MƏMURLARI ÜÇÜN “YUVENAL ƏDLİYYƏ” MÖVZUSUNDA TƏLİM KEÇİRİLMİŞDİR

2017-04-21

Son dövrlərdə ölkəmizdə yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə çatımlılığı, yetkinlik yaşına çatmayanların əmək və mənzil hüquqlarının müdafiəsi, yeniyetmələrin cinayət işləri üzrə ədalət mühakiməsi həyata keçirilərkən, həmçinin müxtəlif icra hərəkətlərinin həyata keçirilməsi zamanı  onların hüquqlarının müdafiəsinin gücləndirilməsi, psixoloji aspektlərin nəzərə alınması, diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar olaraq Ədliyyə Akademiyasında 17.04.2015-ci il tarixdən  21.04.2017-ci il tarixədək  “Yuvenal ədliyyə” mövzusunda icra məmurları üçün növbəti təlim keçirilmişdir.

 

AVROPA ŞURASININ 2014-2016-CI İLLƏR AZƏRBAYCAN ÜÇÜN FƏALİYYƏT PLANININ BİR HİSSƏSİ OLAN “AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASI VƏ AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİNİN PRESEDENT HÜQUQUNUN TƏTBİQİ” ADLI LAYIHƏ ÇƏRÇİVƏSİNDƏ VƏKİLLƏR ÜÇÜN TƏLİM KEÇİRİLMİŞDİR

2017-04-21

Ədliyyə Akademiyası və Avropa Şurası 2014-2016-cı illər  Azərbaycan üçün Fəaliyyət Planının bir hissəsi olan “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi” adlı yeni Layihənin icrası ilə əlaqədar Bakı şəhəri və regionlarda silsilə təlimlər həyata keçirilir.

 

Bununla əlaqədar olaraq, Avropa Şurasının (AŞ) Azərbaycandakı ofisi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə müraciət edərək, Ədliyyə Akademiyası ilə əməkdaşlıqda Vəkillər Kollegiyasınin üzvləri üçün  20-21 aprel 2017-ci il tarixdə Bakı şəhərində vəkillər üçün  “Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi (İşgəncələrin qadağan olunması) və 5-ci maddə (Azadlıq və toxunulmazlıq hüququ) mövzusunda iki günlük  təlim keçiriləcəyi bildirilmişdir. Təlimə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 41 üzvü cəlb edilmişdir. Təlim proqramında nəzərdə tutulmuş mövzuların tədrisi Avropa Şurasının beynəlxalq eksperti xanım Lilian Apostol və bu layihə çərçivəsində keçirilmiş təlimçilər üçün təlim proqramının iştirakçıları Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri tərəfindən həyata keçirilmişdir.