Xəbərlər

İNSAN HÜQUQLARI AYLIĞI ÇƏRÇİVƏSİNDƏ TƏDBİRLƏR

2017-05-23

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən ölkəmizdə hər il qeyd olunan 18 iyun - İnsan Hüquqları Gününün təsis edilməsinin 10 ili tamam olur.

 

AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN KOREYAYA TƏLİM SƏFƏRİ

2017-05-14

Cari ilin mayın 14-dən iyunun 3-dək Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Məhkəmə ekspertizası mərkəzinin və Baş Prokurorluğun əməkdaşları Koreya Respublikasının Seul şəhərində təlim səfərində olublar.

 

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən təşkil edilmiş təlimdə bu ölkənin Ədliyyə və Daxili İşlər nazirliklərinin, Baş Prokurorluğun, Prokurorluq yanında Elmi Araşdırmalar Mərkəzinin və digər qurumların məsul şəxsləri tərəfindən ədliyyə və prokurorluq orqanlarının fəaliyyəti, hüquqi yardım, məhkəmə ekspertizasının bəzi məsələləri, cinayət prosesi, kibercinayətkarlıqla mübarizə, elektron monitorinq sistemi və digər aktual mövzularda mühazirələr tədris olunub.

 

HAKİMLİYƏ NAMİZƏDLƏR TÜRKİYƏDƏ TƏLİM KEÇİBLƏR

2017-05-09

Ölkə Prezidenti  İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına dair tapşırıqlarına uyğun olaraq hakim korpusunun yüksək hazırlıqlı hüquqşünaslar hesabına formalaşdırılması ilə bağlı tədbirlər görülür, bu məqsədilə Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçim qaydası tətbiq olunur.

 

Hazırda çoxmərhələli prosedurlara uyğun aparılmış növbəti seçim zamanı uğur qazanmış 126 nəfər namizəd lazımi biliyə və peşə hazırlığına yiyələnmələri üçün Ədliyyə Akademiyasında bir illik nəzəri və təcrübi kurs keçirlər. Kurs zamanı onların, həmçinin beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetirilir.

 

Bu məqsədlə bütün hakimliyə namizədlərin Türkiyədə  nəzəri və praktiki təlimlər keçməsi üçün qardaş ölkənin Ədliyyə Akademiyası ilə razılıq əldə olunub və artıq namizədlərdən 60 nəfərdən çoxu Türkiyə dövlətinin hesabına Ankarada iki həftəlik tədris səfərlərində olublar. Kursun proqramına uyğun olaraq digər namizədlər də bu təlimlərə cəlb olunacaqlar.

 

ƏDLİYYƏ AKADEMİYASI HAKİMLƏR, VƏKİLLƏR VƏ DİGƏR HÜQUQŞÜNASLAR ÜÇÜN TƏLİMLƏR KEÇİRİB

2017-05-05

Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilən islahatlar çərçivəsində hakimlərin tədrisinə xüsusi diqqət yetirilərək, bu sahədə Avropanın ən mütərəqqi modellərindən istifadə edilir, hakimlərlə sorğular keçirilərək onların tədrisinə ehtiyac bildikləri sahələr və mövzular öyrənilməklə tədris proqramları hazırlanır və Ədliyyə Akademiyası tərəfindən, o cümlədən beynəlxalq təşkilatlarla birgə mütəmadi tədris tədbirləri keçirilir.

 

Cari ilin mayında Ədliyyə Akademiyası tərəfindən Avropa Şurası ilə birgə "Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində mülkiyyət hüququ və ayrı-seçkiliyin qadağan olunması" mövzusunda təlim keçirilib.

 

ƏDLİYYƏ AKADEMİYASINDA İCRA MƏMURLARI ÜÇÜN “İCRA İŞİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN AKTUAL MƏSƏLƏLƏRI” VƏ “ETİKA VƏ ÜNSİYYƏT” MÖVZULARINDA TƏLİM KEÇİRİLMİŞDİR

2017-04-28

26-28.04.2017-ci il tarixlərində Ədliyyə Akademiyasında  icra məmurları üçün “İcra işinin təkmilləşdirilməsinin aktual məsələləri”, 27-28.04.2017-ci il tarixində isə ”Etika və ünsiyyət”  mövzularında qısamüddətli təlimlər keçirilmişdir.

 

Təlim kurslarının proqramı Ədliyyə Akademiyası tərəfindən hazırlanmış və Ədliyyə Nazirliyinin Kadrlar idarəsi ilə razılaşdırılmışdır.

 

Proqramlarda nəzərdə tutulmuş mövzuların tədrisi Ədliyyə Akademiyasının və Ədliyyə Nazirliyi İcra baş idarəsinin müvafiq əməkdaşları tərəfindən həyata keçirilmişdir.