Xəbərlər

İCRA MƏMURLARI ÜÇÜN “İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGIYALARININ MÜASİR İMKANLARI VƏ ƏDLİYYƏ ORQANLARINDA TƏTBİQİ MƏSƏLƏLƏRİ” MÖVZUSUNDA TƏLİM KEÇİRİLMİŞDİR

2017-03-17

İcra məmurları üçün 16-17.03.2017-ci il tarixlərində Qeydiyyat və notariat baş  idarəsində ixtisasartırma kursu keçirilmişdir.

 

AVROPA ŞURASI VƏ ƏDLİYYƏ AKADEMİYASININ BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ ŞİRVAN ŞƏHƏRİNDƏ “AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASI VƏ İNSAN HÜQUQLARI MƏHKƏMƏSİNİN PRESEDENT HÜQUQUNUN TƏTBİQİ” ADLI LAYİHƏNİN İCRASI İLƏ BAĞLI VƏKİLLƏR ÜÇÜN KASKAD KEÇİRİLMİŞDİR

2017-03-17

Ədliyyə Akademiyası və Avropa Şurası 2014-2016-cı illər  Azərbaycan üçün Fəaliyyət Planının bir hissəsi olan “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi” adlı yeni Layihənin icrası ilə əlaqədar Bakı şəhəri və regionlarda silsilə təlimlər həyata keçirilir.

 

ƏDLİYYƏ AKADEMİYASINDA İCRA MƏMURLARI ÜÇÜN “İCRA İŞİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ” MÖVZUSUNDA İXTİSASARTIRMA KURSU KEÇİRİLMİŞDİR

2017-03-15

 İcra məmurları üçün 13-15.03.2017-ci il tarixlərində Ədliyyə Akademiyasında ixtisasartırma kursu keçirilmişdir.

Proqramda nəzərdə tutulmuş mövzuların tədrisi Ədliyyə Akademiyasının müəllimi, Ədliyyə Nazirliyinin İcra baş idarəsinin və Vergilər Nazirliyinin müvafiq əməkdaşları tərəfindən həyata keçirilmişdir.

 

MƏHKƏMƏLƏRİN SƏMƏRƏLİLİYİNİN ARTIRILMASINA, HAKİMLƏRİN TƏLİMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ VƏ MƏHKƏMƏLƏRDƏ ÖZÜNÜ-İDARƏETMƏYƏ DƏSTƏK” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ “HAKİMLƏR ÜÇÜN TƏLİMİN TƏKMİLLƏŞDİRILMƏSİ” İLƏ ƏLAQƏDAR DAİR DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR

2017-03-15

Cari ilin 15 mart tarixində Avropa Şurası və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək” layihəsi çərçivəsində “Hakimlər üçün təlimin təkmilləşdirilməsi” ilə əlaqədar nəticələrin təqdim edilməsinə dair dəyirmi masa keçirilmişdir.

 

“AZƏRBAYCANDA MƏHKƏMƏLƏRİN SƏMƏRƏLİLİYİNİN ARTIRILMASINA, HAKİMLƏRİN TƏLİMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ VƏ MƏHKƏMƏLƏRDƏ ÖZÜNÜ-İDARƏETMƏYƏ DƏSTƏK” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ “DƏRSLİKLƏRİN YAZILMASI BACARIQLARININ ARTIRILMASI MÖVZUSUNDA” TƏLIM KEÇİRİLMİŞDİR

2017-03-14

Cari ilin 13-14 mart tarixlərində “Avropa Şurası və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək” layihəsi çərçivəsində “Dərsliklərin yazılması bacarıqlarının artırılması” mövzusunda təlim keçirilmişdir.