Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASI VƏKİLLƏR ÜÇÜN TƏLİM KEÇİRİB

2017-01-27

Yanvarın 24-27-də Ədliyyə Akademiyası və Avropa Şurası tərəfindən “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi" layihəsi çərçivəsində Bakıda, "Excelicior" mehmanxanasında vəkillər üçün dörd günlük  təlim keçirilib.

 

ƏDLİYYƏ AKADEMİYASININ ELMİ ŞURASINDA

2017-01-21

Yanvarın 21-də Ədliyyə Akademiyasının Elmi Şurasının növbəti iclası keçirilib.

 

İclasda Akademiya tərəfindən 2016-cı il üzrə görülmüş işlərlə bağlı geniş məruzə dinlənilib.

 

Bildirilib ki, ötən il Akademiyaya cəlb olunan dinləyicilərin sayı əvvəlki illərlə müqayisədə artaraq ümumilikdə 149 qrup üzrə 3.400-ə yaxın dinləyici ilkin hazırlıq və davamlı tədris kurslarına cəlb edilib, məhkəmə aparatı işçiləri, vəkillər, ASAN xidmət mərkəzlərində çalışan dövlət qulluqçuları, ASAN könüllülər, eləcə də regionlarda bələdiyyə üzvləri və qulluqçuları üçün çoxsaylı tədris kursları keçirilib.

 

ƏDLİYYƏ AKADEMİYASINDA 20 YANVAR FACİƏSİNİN İYİRMİ YEDDİNCİ İL
DÖNÜMÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR

2017-01-20

20 Yanvar faciəsinin iyirmi yeddinci il dönümünün qeyd edilməsi ilə əlaqədar 19 yanvar tarixində respublikanın digər idarə və təşkilatlarında olduğu kimi Ədliyyə Akademiyasındada bu hadisəyə həsr olunmuş tədbir keçirilmişdir.

 

 

İlk öncə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

 

 

Tədbirdə Akademiyanın Aspirantura və doktorantura şöbəsinin baş məsləhətçisi Şəlalə Quluzadə məruzə ilə çıxış etmişdir.

 

BƏLƏDİYYƏ ÜZVLƏRİ VƏ QULLUQÇULARININ HÜQUQİ MAARİFLƏNDİRİLMƏSİ MƏQSƏDİLƏ TƏDRİS KURSU KEÇİRİLİB

2016-12-16

Dekabrın 12-13-də və 15-16-da Bakı şəhəri və Abşeron rayonu üzrə bələdiyyə üzvləri və qulluqçularının  hüquqi maarifləndirilməsi məqsədilə Ədliyyə Akademiyasında tədris kursu keçirilib.

 

 

Tədris proqramına uyğun olaraq Yerli (bələdiyyə) vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri, Yerli büdcənin tərtibi və xərcləri, İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları, Bələdiyyə qulluqçularının etik davranış qaydaları, Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması, "Yerli özünüidarəetmə haqqında" Avropa Xartiyası bələdiyyə hüququnun mənbəyi kimi, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının...

 

 

 

HAKİMLƏR ÜÇÜN TƏLİM KEÇİRİLİB

2016-12-16

Dekabrın 15-16-da  Ədliyyə Akademiyası və Avropa Şurasının birgə təşkilatçılığı ilə “Excelsior” mehmanxanasında “Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi (Azadlıq və toxunulmazlıq hüququ)” mövzusunda hakimlər üçün təlim keçirilmişdir.

 

 

 

Təlimin açılışında Azərbaycan Respublikasının Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən  Elçin Xələfov və   Avropa Şurasının Azərbaycandakı Ofisinin rəhbər müavini Joel Mermet çıxış etmişlər. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənovun, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Rafael Eyvazovun və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü  Sevinc Əliyevanın təqdimatları da hakimlərin diqqətinə çatdırılmışdır.