Xəbərlər

VƏKİLLƏR ÜÇÜN TƏLİM KEÇİRİLİB

2016-12-14

Ədliyyə Akademiyası və Avropa Şurası 2014-2016-cı illər  Azərbaycan üçün Fəaliyyət Planının bir hissəsi olan “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi” adlı Layihənin icrası ilə əlaqədar Bakı şəhəri və regionlarda silsilə təlimlər həyata keçirilir.

 

 

 

Dekabrın 13-14-də Bakı şəhərində “Excelsior” mehmanxanasında vəkillər üçün  “Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi (Yaşamaq hüququ) və 5-ci maddə (Azadlıq və toxunulmazlıq hüququ)”  mövzusunda iki günlük  təlim keçirilib. Təlimə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 36 üzvü cəlb edilib.

 

 

 

 

 

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ QAÇQINLAR ÜZRƏ ALİ KOMİSSARLIĞININ TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB

2016-12-09

Dekabrın 8-9-da Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının təşkilatçılığı ilə "Hyatt Regency" mehmanxanasında "Sığınacaq axtaranların himayəsi" mövzusunda təlim keçirilib.

 

 

Təlimdə birinci instansiya məhkəmələrinin və Bakı Apellyasiya Məhkəməsinin 16 hakimi və Ədliyyə Akademiyasının 8 əməkdaşı iştirak edib.

 

 

 

 

HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2016-12-08

Dekabrın 8-də Ədliyyə Akademiyasında hakimlər üçün “Məhkəmə psixologiyasının aktual məsələləri” mövzusunda ixtisasartırma kursu keçirilib.

 

 

22 hakimin iştirak etdiyi kursda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Təlim sektorunun müdiriNazənin Hüseynova, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Psixoloji ekspertiza şöbəsinin eksperti Vüsal Məmmədov və Ədliyyə Nazirliyi Katibliyinin Vətəndaşların qəbulu şöbəsinin məsləhətçisi (psixoloq) Zülfiyyə Yaqubovanın mühazirələri dinlənilmişdir.

 

 

 

 

BƏLƏDİYYƏ ÜZVLƏRİ VƏ BƏLƏDİYYƏ QULLUQÇULARI ÜÇÜN NÖVBƏTİ TƏDRİS KURSU TƏŞKİL EDİLMİŞDİR

2016-12-07

Dekabrın 7-də Ədliyyə Akademiyası tərəfindən Xaçmaz regional ədliyyə şöbəsi ilə birgəXaçmaz şəhərində Xaçmaz, Siyəzən,Qusar,Şabran və Quba rayonlarının bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə tədris kursu təşkil edilmişdir.

 

 

 

63 nəfərbələdiyyə sədrləri və  qulluqçularının iştirak etdiyi tədris kursunda Ədliyyə Akademiyasının Vəkillərin ixtisasartırma və peşəyə buraxılış fakültəsinin baş məsləhətçisi Qalib Məmmədov tərəfindən “Bələdiyyə qulluğu və bələdiyyə qulluqçularının etik davranış məsələləri”, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu, Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru, ədliyyə müşaviri Mətanət Əsgərova tərəfindən

 

 

İMİŞLİ RAYONUNDA BƏLƏDİYYƏLƏRİN HÜQUQİ MAARİFLƏNDİRİLMƏSİ MƏQSƏDİLƏ TƏDRİS KURSU KEÇİRİLİB

2016-12-01

Ədliyyə Akademiyası tərəfindən İmişli regional ədliyyə şöbəsi ilə birgə dekabrın 1-də İmişli, Beyləqan, Biləsuvar, Saatlı, Füzuli və Zərdab rayonlarının, dekabrın 7-də isə Xaçmaz regional ədliyyə şöbəsi ilə birgə Xaçmaz, Siyəzən, Qusar, Şabran və Quba rayonlarının bələdiyyə üzvləri və qulluqçuları üçün hüquqi maarifləndirmə tədbirləri təşkil edilib.

 

 

 

Tədris kurslarında ümumilikdə 140-a yaxın bələdiyyə sədrləri, üzvləri və qulluqçuları iştirak ediblər.