Xəbərlər

BƏLƏDİYYƏ ÜZVLƏRİ VƏ QULLUQÇULARININ HÜQUQİ MAARİFLƏNDİRİLMƏSİ MƏQSƏDİLƏ TƏDRİS KURSU KEÇİRİLİB

2016-11-29

Noyabrın 28-29-da Ədliyyə Akademiyasında Bakı şəhəri və Naxçıvan Muxtar Respublikası üzrə bələdiyyə üzvləri və qulluqçuları üçün də tədris kursu təşkil olunub.

 

 

Bələdiyyə nümayəndələrinin hüquqi maarifləndirilməsi məqsədilə keçirilən tədbirdə Ədliyyə Nazirliyinin, o cümlədən Akademiyanın məsul əməkdaşları iştirak edib və tədris proqramına uyğun olaraq müxtəlif aktual mövzular üzrə mühazirələr oxunub.

 


 

 

 

MƏHKƏMƏ APARATI İŞÇİLƏRİ ÜÇÜN İLK DƏFƏ VİDEO-KONFRANS VASİTƏSİLƏ TƏLİM KEÇİRİLİB

2016-11-28

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sisteminin inkişafı üzrə aparılan genişmiqyaslı islahatlar çərçivəsində məhkəmə infrastrukturu müasirləşdirilib, yeni məhkəmə binaları və kompleksləri inşa olunaraq istifadəyə verilib. Yeni tikilmiş məhkəmə binaları ən qabaqcıl informasiya texnologiyaları ilə təchiz olunmaqla videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən əlverişli şərait yaradılıb.

 

Dünya təcrübəsində təlim-tədris tədbirlərində video-konfransların geniş tətbiqi dinləyici auditoriyasının genişləndirilməsinə, təlim materiallarının daha çevik çatdırılmasına, həm müəllimlər, həm də dinləyicilər üçün vaxta qənaət olunmasına xidmət edir.

          

 

 

 

GƏNCƏ ŞƏHƏRİNDƏ HAKİMLƏR ÜÇÜN TƏLİM KEÇİRİLMİŞDİR

2016-11-25

Cari ilin 24-25 noyabr tarixində Avropa Şurası və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə Gəncə şəhərində “Ramada Plaza” mehmanxanasında 20 hakimin iştirakı ilə  “Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində mülkiyyət hüququ” mövzusunda ixtisasartırma kursu keçirilmişdir.

 

 

Kursda Ali Məhkəmənin hakimi Xəqani Məmmədov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Abiddin Hüseynov və Vəkillər Kollegiyasının üzvü Günel Sevdimalıyevanın mühazirələri dinlənilmişdir.


 

 

 

«HÜQUQUN VƏ HÜQUQİ TƏHSİLİN KEÇİD DÖVRÜNDƏ OLAN ÖLKƏLƏRİN İNKİŞAFINDA ROLU» MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS

2016-11-25

Noyabrın 24-25-də Bakı Dövlət Universitetində Ədliyyə Akademiyasının, Universitetin Hüquq fakültəsinin  və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə "Hüququn və hüquqi təhsilin keçid dövründə olan ölkələrin inkişafında rolu" mövzusunda beynəxalq konfrans keçirilib.

 

 

Konfransda Almaniya, Moldova, Makedoniya, Litva və Gürcüstanın ali təhsil müəssisələrinin görkəmli alimləri iştirak ediblər.

 

 

 

 

 

 

ƏDLİYYƏ AKADEMİYASINDA HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLMİŞDİR

2016-11-25

Cari ilin 25 noyabr tarixində Ədliyyə Akademiyasında 17 hakimin iştirakı ilə “İnsan alveri və əlaqədar cinayət işlərinə məhkəmə qaydasında baxılması” mövzusunda ixtisasartırma kursu keçirilmişdir.

 

 

Kursda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mayıl Bayramov və  Ədliyyə Akademiyası Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının baş müəllimi Mətanət Əsgərovanın mühazirələri dinlənilmişdir.