Xəbərlər

“MƏHKƏMƏLƏRDƏ İDARƏETMƏNİN SƏMƏRƏLİLİYİNİN ARTIRILMASI” MÖVZUSUNDA HAKİMLƏR ÜÇÜN TƏDRİS KURSU KEÇİRİLMİŞDİR

2017-02-28

Cari ilin 28 fevral tarixində Ədliyyə Akademiyası və Avropa Şurasının birgə təşkilatçılığı ilə Ədliyyə Akademiyasında hakimlər üçün “Məhkəmələrdə idarəetmənin səmərəliliyinin artırılması” mövzusunda tədris kursu keçirilmişdir.

 

Keçirilmiş kursda 21 hakim iştirak etmişdir.

 

“MƏNZİL MƏCƏLLƏSİNİN TƏTBİQİNİN BƏZİ MƏSƏLƏLƏRİ” MÖVZUSUNDA HAKİMLƏR ÜÇÜN TƏLİM KEÇİRİLMİŞDİR

2017-02-28

Cari ilin 28 fevral tarixində Ədliyyə Akademiyasında hakimlər üçün “Mənzil Məcəlləsinin tətbiqinin bəzi məsələləri” mövzusunda ixtisasartırma kursu keçirilmişdir.

Keçirilmiş kursda 21 hakim iştirak etmişdir.

 

Kursda Ali Məhkəmənin hakimi İlqar Xələfov, Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze və Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun mühazirələri dinlənilmişdir.

 

VƏKİLLƏR KOLLEGİYASININ ÜZVLƏRİ ÜÇÜN TƏLİMLƏR KEÇİRİLİB

2017-02-27

Cari ilin 21 və 27 fevral tarixlərində Ədliyyə Akademiyasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün “Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş tədbirlər” və “Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət şərtləri və qaydası” mövzusunda təlimlər keçirilib.

Təlim proqramında nəzərdə tutulmuş mövzuların tədrisi Bakı Apellyasiya Məhkəməsinin hakimi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı Dövlət Universitetinin müəllimi tərəfindən həyata keçirilib. 

 

ƏDLİYYƏ AKADEMİYASINDA XOCALI SOYQIRIMININ 25-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLMİŞDİR

2017-02-25

Ədliyyə Akademiyasında Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar 126 hakim vəzifəsinə namizədin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirə Heydər Əliyev Fondunun nümayəndələri Cavid Məmmədzadə və Fərid Cəfərov dəvət edilmişlər.

 

BƏLƏDİYYƏ ÜZVÜ VƏ QULLUQÇULARININ HÜQUQİ MAARİFLƏNDİRİLMƏSİ MƏQSƏDİLƏ TƏDRİS KURSLARI KEÇİRİLİB

2017-02-23

Bakı şəhəri və Abşeron rayonu üzrə bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə 15-16 fevral 2017-ci il tarixlərdə Ədliyyə Akademiyasında tədris kursu keçirilmişdir.

 

Tədris proqramına əsasən “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi və bələdiyyə qulluqçularının etik davranış qaydaları“, “Yerli (bələdiyyə) vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri”, “Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili”, “Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması”, “İnsan hüquqlarının qorunmasında bələdiyyələrin rolu” mövzuları üzrə mühazirələr oxunub.