Xəbərlər

BƏLƏDİYYƏLƏRİN HÜQUQİ MAARİFLƏNDİRİLMƏSİ ÜÇÜN ARDICIL TƏDBİRLƏR GÖRÜLÜR

2017-04-20

Ədliyyə Akademiyası Bakı şəhəri və Abşeron rayonu üzrə bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə cari ilin aprel ayının 13-14 və 19-20-də Bakı şəhərində, 3-4–də Vergilər Nazirliyi ilə Ədliyyə Nazirliyinin qarşılıqlı əməkdaşlığı çərçivəsində, Vergilər Nazirliyinin Tədris Mərkəzində, 6-da isə Şəki regional ədliyyə idarəsi ilə birgə  Oğuz rayonunda  Şəki ,Oğuz və  Qəbələ  rayonlarının bələdiyyə üzvləri və qulluqçularının hüquqi  maarifləndirilməsi məqsədilə tədris kursları təşkil etmişdir.

 

MƏHKƏMƏ APARATI İŞÇİLƏRİ ÜÇÜN ŞİRVAN REGİONAL ƏDLİYYƏ İDARƏSİNDƏ İXTİSASARTIRMA KURSU KEÇİRİLMİŞDİR

2017-04-18

Məhkəmə aparatı işçiləri üçün 18 aprel 2017-ci il tarixdə Şirvan regional ədliyyə idarəsində ixtisasartırma kursu keçirilmişdir. Məhkəmə aparatı işçilərinə ixtisasartırma kursunun keçirilməsi üçün  tədris proqramı hazırlanmış və həmin proqramda “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsi: Ümumi baxış,” “ Ədalətli məhkəmə araşdırması hüququnun tətbiq dairəsi”, “Ədalətli məhkəmə araşdırması hüququ üzrə təqsirləndirilən şəxsin təminatları”  barədə mövzular nəzərdə tutulmuşdur

 

NOTARİAT SAHƏSİNDƏ BEYNƏLXALQ ƏLAQƏLƏR GENİŞLƏNİR

2017-04-08

Aprelin 6-7-də Bakıda "Hilton" mehmanxanasında Ədliyyə Nazirliyinin, Rusiya Federal Notariat Palatasının və Almaniyanın Kil Universitetinin birgə təşkilatçılığı ilə "Xarici elementli vərəsəlik işlərində notariusların iştirakı" mövzusunda beynəlxalq seminar keçirilib.


Tədbirdə Rusiya Federal Notariat Palatasının prezidenti Konstantin Korsik və bəzi regional palataların rəhbərləri, Kil Universitetinin alimləri, nazirliyin və Ədliyyə Akademiyasının nümayəndələri, üç ölkənin notariusları iştirak ediblər.

 

AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASININ 13-CÜ MADDƏSİ İLƏ BİRGƏ GÖTÜRÜLMƏKLƏ KONVENSİYANIN 2-Cİ VƏ 3-CÜ MADDƏLƏRİ” MÖVZUSUNDA TƏLİM KEÇİRİLMİŞDİR

2017-03-31

Cari ilin 30-31 mart tarixlərində “Park İnn” mehmanxanasında “Avropa İnsan Hüquqları Konvensiyasının 13-cü maddəsi ilə birgə götürülməklə Konvensiyanın 2-ci və 3-cü maddələri” mövzusunda təlim keçirilmişdir.

 

Təlimin açılışında Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov və  Avropa Şurasının layihə icraçısı Vəfa Rövşənova çıxış etmişdir.

 

ƏDLİYYƏ ORQANLARINA QULLUĞA QƏBULLA BAĞLI NÖVBƏTİ AÇIQ MÜSABİQƏ ELAN EDİLİR

2017-03-17

Ədliyyə Nazirliyinin kadr korpusunun şəffaf üsullarla yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik yeni nəsil gənc mütəxəssislərlə komplektləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

 

Hazırda Müsabiqə Komissiyası tərəfindən Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə"yə müvafiq olaraq növbəti açıq müsabiqə elan edilir.