Xəbərlər

30 MART 2018-Cİ İL TARİXİNDƏ HAKİMLƏR ÜÇÜN TƏLİM KEÇİRİLMİŞDİR

2018-03-30

Cari ilin 30 mart tarixində Avropa Şurası və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə “Park İnn” mehmanxanasında “Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi (Mülkiyyət hüququ) mövzusunda təlim keçirilmişdir. Keçirilmiş təlimdə apellyasiya və I instansiya məhkəmələrinin hakimləri olmaqla 27 hakim iştirak etmişdir.

 

16 MART 2018-Cİ İL TARİXİNDƏ HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLMİŞDİR

2018-03-16

Cari ilin 16 mart tarixində Ədliyyə Akademiyasında hakimlər üçün “Məhkəmə psixologiyasının aktual məsələləri” mövzusunda ixtisasartırma kursu keçirilmişdir.

Keçirilmiş ixtisasartırma kursunda kursda apellyasiya və I instansiya məhkəmələrinin hakimləri olmaqla 16 hakim iştirak etmişdir.

 

 

ƏDLİYYƏ AKADEMİYASINDA HAKİMLƏR ÜÇÜN DİSTANT TƏLİM KEÇİRİLİB

2018-02-12

Ölkə Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqları çərçivəsində hakimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirilir. Hakimlərin ən qabaqcıl metodikalarla davamlı tədrisi aparılır, bu zaman insan hüquqları, korrupsiya ilə mübarizə və digər aktual mövzuların, Avropa təcrübəsinin, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsinə böyük önəm verilir.

 

BEYNƏLXALQ QIRMIZI XAÇ KOMİTƏSİNİN AZƏRBAYCANDAKI NÜMAYƏNDƏLİYİ VƏ ƏDLİYYƏ AKADEMİYASI HAKİMLƏR VƏ PROKURORLAR ÜÇÜN BİRGƏ SEMİNAR KEÇİRMİŞLƏR

2017-12-22

Cari ilin 20-22 dekabr tarixlərində “Landmark” otelində hakimlər və prokurorlar üçün “Beynəlxalq humanitar hüquq (BHH) pozuntularının cinayət hüququ çərçivəsində təqibinə dair standart və praktikanın nəzərdən keçirilməsi” mövzusunda seminar keçirilmişdir. Seminarda 13 hakim, 4 prokuror iştirak etmişdir.

 

Seminarın açılışını dekabr ayının 20-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera və Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov etmişlər. E.Xələfov Ədliyyə Akademiyasının Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birlikdə hakim və hakimliyə namizədlər üçün daha əvvəl təşkil olunan təlimlərin səmərəli əməkdaşlığın göstəricisi olduğunu bildirmişdir.

 

 

AVROPA İTTİFAQI VƏ AVROPA ŞURASININ BİRGƏ TƏŞKİLATÇILIĞI, ƏDLİYYƏ AKADEMİYASININ BİRGƏ ƏMƏKDAŞLIĞI İLƏ HAKİMLƏR ÜÇÜN TƏLİM KEÇİRİLMİŞDİR

2017-12-21

20-21 dekabr 2017-ci il tarixlərində, “Winter Park Hotel” mehmanxanasında “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” layihəsi çərçivəsində, Avropa İttifaqı və Avropa Şurasənın birgə təşkilatçılığı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə əməkdaşlığı ilə məhkəmə hakimləri üçün “Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı Maddəsi (Ədalətli məhkəmə araşdırması hüququ)” mövzusunda təlim təşkil edilmişdir.