Xəbərlər

Cinayətkarlıqla Mübarizədə Ədlliyyə Sahəsində Səmərəli Beynəlxalq Əməkdaşlıq Həyata Keçirilir

2021-12-07

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabitliyin və təhlükəsizliyin təmin olunması, xüsusilə cinayətkarlığa qarşı mübarizə üzrə qəti tədbirlər görülür, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. Müxtəlif dövlətlərlə ikitərəfli sazişlər və müqavilələr, Avropa, habelə MDB çərçivəsində çoxtərəfli konvensiyalar üzrə ekstradisiya və hüquqi yardım sahəsində cəzanın labüdlüyü prinsipini təmin edən səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir

 

Beynəlxalq Antikorrupsiya Fəaliyyətində Azərbaycan Mühüm Rol Oynayır

2021-12-07

Ölkə Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə respublikamızda korrupsiyaya qarşı qəti mübarizə aparılır. Bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilərək Azərbaycan 100-dən çox dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) təşkilatçılarından biri kimi onun işində daim fəal iştirak edir. 9 dekabr – Beynəlxalq Antikorrupsiya Günü ərəfəsində IAACA-nın rəhbər orqanı olan İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

 

“Müqavilələrin İcrası, Mübahisələrin Həlli, Müəssisənin Bağlanması Və Müflisləşmə, Məhkəmə Sistemi Və Hüququn Aliliyi” İşçi Qrupunun İclası Barədə Məlumat

2021-12-06

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 avqust tarixli 431 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya haqqında Əsasnamə”nin 3.1.3-cü yarımbəndinə əsasən yaradılmış işçi qruplarından biri olan “Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupuna Ədliyyə Nazirliyi tərəfindən rəhbərlik edilir

 

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 8 Noyabr - Zəfər Günü Münasibətilə Elan Olunan Amnistiya Aktının İcrasını Uğurla Davam Etdirir

2021-12-03

AZƏRTAC xəbər verir ki, Sərəncamın icrası istiqamətində görülən işlərlə tanışlıq məqsədilə dekabrın 3-də 1 saylı cəzaçəkmə müəssisəsinə media-tur təşkil olunub. Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova jurnalistlərə müsahibəsində bildirib ki, Vətən müharibəsində tarixi Qələbənin birinci ildönümü ərəfəsində qəbul olunan “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında"

 

Ədliyyə Akademiyasında Nizami Gəncəviyə Həsr Olunmuş Elmi-Praktiki Konfrans Keçirilib

2021-12-01

 Ölkə Prezidenti tərəfindən elan edilmiş 2021-ci il "Nizami Gəncəvi İli" çərçivəsində noyabrın 30-da Ədliyyə Akademiyasının təşkilatçılığı ilə böyük Azərbaycan şairinin 880 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəvinin fəlsəfi-hüquqi baxışları” adlı videoformatda elmi-praktiki konfrans keçirilib.