Xəbərlər

MEDİASİYA TƏLİMÇİLƏRİ ÜÇÜN TƏLİMLƏR KEÇİRİLİB

2021-06-09

Avropa İttifaqının maliyyələşdirdiyi “Mübahisələrin alternativ həlli mexanizmlərinin tətbiqində və əhaliyə hüquqi yardım xidmətlərinin göstərilməsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin institusional potensialının artırılması” layihəsi çərçivəsində distant formada Adult Learning (Böyüklərin Öyrədilməsi) təlimi keçirilib. Təlimlərdə ötən il baş tutan Mediasiya Təlimçilərinin təlimini müvəffəqiyyətlə başa vurmuş təlimçilər iştirak ediblər.

 

ƏDLIYYƏ NAZIRI KƏLBƏCƏRDƏ MINAYA DÜŞƏRƏK HƏLAK OLANLARLA VƏ YARALANANLARLA BAĞLI XARICI HƏMKARLARINA VƏ BEYNƏLXALQ TƏŞKILATLARA MÜRACIƏTLƏR ÜNVANLAYIB

2021-06-05

Ədliyyə naziri Fikrət Məmmədov iyunun 4-də Kəlbəcər rayonunda Azərbaycan vətəndaşlarının Ermənistan tərəfindən quraşdırılmış minaya düşərək həlak olması və yaralanması ilə əlaqədar ATƏT-in Minsk Qrupunun həmsədr və bütün digər üzv ölkələrinin ədliyyə nazirlərinə, BMT-nin və Avropa Şurasının insan hüquqları üzrə rəhbər vəzifəli şəxslərinə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidentinə müraciətlər ünvanlayıb. Müraciətlərdə 30 illik erməni işğalı altında olan torpaqlarımızın Vətən müharibəsində Qələbəmizlə azad edildiyi, o cümlədən ötən ilin noyabrında imzalanmış üçtərəfli bəyanatla 3 rayonun qaytarıldığı və 750 min məcburi köçkünün öz yurdlarına qayıtmasının nəzərdə tutulduğu qeyd olunub. 

 

AZƏRBAYCAN VƏ TÜRKİYƏ ARASINDA HÜQUQİ ƏLAQƏLƏR İNKİŞAF EDİR

2021-06-01

İyunun 1-də ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərbaycan-Türkiyə əlaqələrinin ən yüksək səviyyədə olduğunu vurğulayan nazir dostluq və qardaşlıq münasibətlərimizin ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" prinsipi ilə uğurla inkişaf etdiyini, əlaqələrimizin möhkəmlənməsində Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın müstəsna rolunu qeyd edib. Bildirib ki, dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan-Türkiyə qədər dünyada bir-birinə yaxın olan ikinci ölkə yoxdur.

 

ƏDLİYYƏ NAZİRİ TƏRƏFİNDƏN VƏTƏNDAŞLARIN VİDEOQƏBULU KEÇİRİLİB

2021-05-25

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların müraciətlərinə, xüsusilə şəhid ailələrinin və hərbçilərin qayğılarına həssaslıqla yanaşılması daim diqqətdə saxlanılır, onların müraciətlərinə pandemiya şəraiti ilə əlaqədar elektron qaydada baxılması təmin edilir, videoqəbulların keçirilməsi davam etdirilir. Mayın 25-də ədliyyə naziri Fikrət Məmmədov paytaxtda və müxtəlif bölgələrdə yaşayan vətəndaşları videoformatda qəbul edib.

 

BƏLƏDİYYƏLƏRDƏ “GƏNCLƏRLƏ İŞ VƏ İDMAN” KOMİSSİYALARININ İŞİNİN GÜCLƏNDİRİLMƏSİ YOLLARI MÜZAKİRƏ EDİLİB

2021-05-25

Bakı, 24 may, AZƏRTAC Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkilatçılığı və bələdiyyələrin gənc üzvlərdən ibarət təmsilçilərinin iştirakı ilə “Bələdiyyələrdə gənclərlə iş və idman komissiyalarının işinin gücləndirilməsi” mövzusunda videokonfrans keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirin açılışında Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Elmin Həsənov, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov ölkə üzrə son bələdiyyə seçkilərindən sonra 40 faizə yaxın bələdiyyə üzvünün fəaliyyət göstərməsini, onların fəallığının artırılması məqsədilə onlayn görüşlərin mütəmadi keçirildiyini