Xəbərlər

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası Printerlərə Texniki Xidmət Göstərilməsi Üçün Kotirovka Sorğusu Həyata Keçirir

2021-06-09

Maraqlanan təşkilatlar +99412-493-71-31 nömrəli telefonla əlaqə saxlaya bilərlər.

Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 11 iyun 2021-ci il saat 11.00-dək qəbul olunur.

Ünvan – Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi 158.

Telefon – +99412-493-71-31.

 

E-mail: info@aaj.gov.az

 

AZƏRBAYCANDA KOMMERSİYA ARBİTRAJLARININ YARADILMASI DİQQƏT MƏRKƏZİNDƏDİR

2021-06-09

Azərbaycan hökuməti ilə Avropa İttifaqı tərəfindən həyata keçirilən “Azərbaycanda mübahisələrin alternativ həlli və ixtisaslaşmış məhkəmələrə əlavə dəstək” layihəsi çərçivəsində distant formada arbitrajla bağlı maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Avropa İttifaqı Nümayəndəliyinin nazir-konsulu Simona Qatti və Elçin Xələfov çıxış edərək sözügedən layihənin cari ilin fevral ayından başlandığını və bu sahədə Azərbaycan Respublikasına islahatlar aparılmasında dəstək verilməsi məqsədi daşıdığını bildirdilər. Daha sonra 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 11-ci bəndinə əsasən sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin məhkəmədənkənar həlli vasitələrinin genişləndirilməsi məqsədilə, xarici dövlətlərin qabaqcıl təcrübəsi nəzərə alınmaqla ölkəmizdə səmərəli beynəlxalq arbitraj prosedurlarının təşviqinə diqqət yetirilməsi məsələsini xüsusi vurğulayıblar. 

 

“PULSUZ HÜQUQİ YARDIM HAQQINDA” QANUN LAYİHƏSİNİN TƏQDİMATI KEÇİRİLİB

2021-06-09

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Mübahisələrin alternativ həlli mexanizmlərinin tətbiqində və əhaliyə hüquqi yardım xidmətlərinin göstərilməsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin institusional potensialının artırılması” layihəsi çərçivəsində işlənib hazırlanmış “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin təqdimatına dair videokonfrans formatında tədbir keçirilibdir. Tədbir qanun layihəsinə dair ictimai müzakirələrə həsr olunub. Adıçəkilən layihə həmçinin, əhaliyə hüquqi yardım xidmətlərinin daha innovativ və effektiv yollarla göstərilməsinə, mübahisələrin alternativ həlli sistemlərinin inkişaf etdirilməsinə; pilot qaydada özəl icra məmurları sisteminin tətbiqinə, o cümlədən informasiya sistemlərinin və onların istismar imkanlarının gücləndirilməsi üçün transformativ texnologiyaların tətbiqinə dəstək verməkdədir.

 

HAKİMLƏR VƏ ƏDLİYYƏ AKADEMİYASININ ƏMƏKDAŞLARI BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB

2021-06-09

Ötən günlərdə Rusiya Federasiyasının Ali Məhkəməsinin ali təhsil müəssisəsi “Rusiya dövlət ədalət mühakiməsi universiteti”nin təşkilatçılığı ilə “Cinayət təqibinin alternativi və cinayət mühakimə icraatının differensiasiya problemi”mövzusunda distant formada elmi-praktiki konfrans keçirilib. Tədbirdə Rusiya Federasiyasının Ali Məhkəməsinin, regional və rayon məhkəmələrinin hakimləri, Rusiya Federasiyası Baş Prokurorluğunun, Ədliyyə və Daxili İşlər Nazirliklərinin nümayəndələri, vəkillər, alimlər, ali təhsil müəssisələrin müəllimləri, xarici ölkələrin cinayət-prosessual hüquq sahəsinin aparıcı alimləri, dövlət orqanlarının nümayəndələri, həmçinin Ədliyyə Akademiyasının müəllim heyəti və 16 hakim (birinci, apellyasiya və kassasiya instansiyaları məhkəmələrinin)iştirak ediblər

 

VƏKİLLƏR KOLLEGİYASININ ÜZVLƏRİ ÜÇÜN KEÇİRİLƏCƏK CARİ TƏLİMLƏRİN AÇILIŞ TƏDBİRİ KEÇİRIİLİB

2021-06-09

26 may tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün “Prosessual sənədlər və çağdaş tələblər” mövzusunda keçiriləcək cari təlimlərin açılış tədbiri keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkillərin, vəkilliyə namizədlərin tədrisində Ədliyyə Akademiyası ilə əməkdaşlığın yüksək səviyyədə qurulduğunu, gələcəkdə vəkillərin tədrisində Ədliyyə Akademiyasının bu sahədə təcrübəsindən yararlanmağın mühüm əhəmiyyət kəsb etdiyini bildirib.