Xəbərlər

Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Fərmanın icrası diqqət mərkəzindədir

2020-01-30

Ölkə Prezidenti cənab İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafının mühüm "yol xəritəsi" olmaqla onun icrası üzrə ardıcıl tədbirlər davam etdirilir. Fərmanla verilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturunun və maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tapşırıqların icrası üzrə əməli işlər görülür, xüsusilə özəl ekspertizanın yaradılması ilə bağlı bir çox normativ aktların layihələri hazırlanıb, zəruri təşkilati tədbirlər həyata keçirilib.

 

Ədliyyə Akademiyasının Elmi Şurasının iclası keçirilib

2020-01-30

Ədliyyə Akademiyasının ali idarəetmə orqanı olan Elmi Şurasının geniş iclası keçirilib. İclasda akademiya tərəfindən 2019-cu ildə görülən işlər, qarşıda duran vəzifələr müzakirə edilib.
Çıxış edən ədliyyə nazirinin müavini Azər Cəfərov ölkə Prezidenti cənab İlham Əliyevin ədliyyə və məhkəmə sisteminin inkişafı üçün mühüm "yol xəritəsi" olan "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində ötən dövrdə kompleks qanunvericilik, institusional və praktiki tədbirlərin həyata keçirildiyini, o cümlədən Ədliyyə Akademiyasının fəaliyyətinin müasirləşdirilməsinə dair təkliflər hazırlanaraq təqdim olunduğunu diqqətə çatdırıb. Geniş dinləyici auditoriyasına malik olan Akademiyanın müxtəlif kateqoriyadan olan hüquqşünas-dinləyicilərin hazırlanması və ixtisasının artırılmasında, o cümlədən ədliyyə işçiləri, vəkillər və hakimlərin davamlı tədrisində, bu orqanlarda çalışmaq istəyən, habelə prokurorluğa namizədlərin icbari, hakimliyə namizədlərin uzunmüddətli təlimində əhəmiyyətini qeyd edib.

Ədliyyə Akademiyası ilə Avropa İttifaqının birgə təşkilatçılığı ilə gələcək mediasiya təlimçiləri üçün ilk təlim həyata keçirilməyə başlayıb.

Tədbirdə açılış nitqi ilə çıxış edən Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov mediasiya institutunun respublikamızda yaranma tarixində danışaraq qeyd edib ki, Azərbaycanda 2019-cu il martın 29-da Mediasiya haqqında qanun qəbul edilb, məcburi məhkəmə mediasiyasına dair müddəalar isə 2020-ci ilin iyulun 1-dən qüvvəyə minəcək. Bu müddəalara əsasən iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunacaqdır. Buna görə də mediatorların hazırlanmasının çox mühüm əhəmiyyət kəsb etdiyini bildirən rektor təlimin Avropa İttifaqı və Azərbaycan Respublikasının “Mübahisələrin alternativ həlli mexanizmlərinin tətbiqində və əhaliyə hüquqi yardım xidmətlərinin göstərilməsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin institusional potensialının artırılması” adlı layihəsi çərçivəsində həyata keçirildiyini vurğulayıb.

 

 

ƏDLİYYƏ NAZİRLİYİNİN ƏDLİYYƏ AKADEMİYASINDA PUBLİK MÜHAZİRƏLƏR TƏŞKİL OLUNUR

2020-01-23

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında hüquqi maarifləndirmə tədbirləri davam etdirilir.

Respublikamızda aparılan məhkəmə-hüquq islahatları, iqtisadi islahatlar barədə geniş ictimaiyyəti məlumatlandırmaq məqsədilə Ədliyyə Akademiyasında publik mühazirələr təşkil edilir.

Publik mühazirələrə hüquqşünaslar, hüquq fakültəsinin tələbələri, doktorantlar, hüquqi məlumat almaq istəyən vətəndaşlar könüllülük və ödənişsiz əsaslarla dəvət olunurlar.

 

ƏDLİYYƏ AKADEMİYASINDA 20 YANVAR FACİƏSİNİN 30-CU İLDÖNÜMÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

2020-01-17

Xalqımızın milli qəhrəmanlıq salnaməsinə çevrilmiş 1990-cı il 20 Yanvar faciəsindən 30 il ötür.Bu hadisələrin ildönümü ilə əlaqədar Ədliyyə Akademiyasında keçirilmiş anma mərasimində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Akademiyanın rektoru vəzifəsini icra edən baş ədliyyə müşaviri Elçin Xələfov ölkəmizin müstəqilliyi uğrunda keçdiyi tarixi yolu bir daha nəzərdən keçirərək, həmin ağır günlərdə xalqımıza qarşı insanlıq əleyhinə cinayətlərin törədilməsini cəsarətlə bəyan edən ümummilli lider Heydər Əliyev tərəfindən bu qanlı hadisələrə ilk dəfə hərtərəfli və obyektiv siyasi-hüquqi qiymət verildiyini, şəhid olanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirildiyini, şəhid ailələri və əlillərin dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.